|
İsrailin keçmiş Prezidenti Şimon Peres ölümündən bir neçə gün əvvəl ölkəsinin nüvə bombası yaratdığını etiraf etdi.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “T24” saytı məlumat yayıb.
Peres məşhur israilli jurnalist və kinorejissor Dafne Baraka açıqlamasında bununla bağlı maraqlı faktları çatdırıb:
“Əvvəlcə gücümüzü toplamaq istədik. Bundan sonra sülhə imza ata bilərdik. Bu, ən yaxşı variant idi. O zaman müharibə təhlükəsini sovuşdurmaq üçün nüvə bombası hazırlamağa başladıq. 1955-ci ildə prezident Ben Qurionu təkid etdim. Hamı mənə qarşı olsa da, onun dəstəyini qazanmağı bacardım”.
Qeyd edək ki, Şimon Peres mətbuata açıqlamalarında İsrailin nüvə silahı ilə bağlı layihələr hazırlamadığını dəfələrlə bildirmişdi.