|
Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəllidir. Teleqraf.az-ın Novator.az-a istinadən verdiyi məlumatına görə, 77 mandat uğrunda mübarizənin getdiyi proporsional sistemlə parlamentə üç siyasi qüvvə düşüb. “Gürcü arzusu” kimi tanınan hakim Demokratik Gürcüstan Partiyası 48,6% səslə hamını üstələyib.
Müxalif Vahid Milli Hərəkat Partiyası səslərin 27,14%-ni toplayıb.
Gürcüstan Vətənpərvərləri Alyansının da 5%-lik baryeri keçərək parlamentdə təmsil olunacağı bildirilir.
Proporsional sistem üzrə yarışa ümumilikdə 19 partiya, 6 blok qoşulmuşdu.
150 yerlik parlamentə 73 mandatın sahibi majoritar sistemlə müəyyənləşir. 49 dairədə heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilmədiyi üçün ikinci tur keçiriləcək.
Parlamentdə 76 mandat yer əldə edən siyasi qüvvə hökumət qurmaq hüququ qazanır.