İyunun 10-da Fransa start götürəcək Avropa çempionatının final mərhələsinin oyunlarında təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Sportnet.az-ın məlumatına görə, bu ölkənin əks-kəşfiyyat xidməti turnirin başlanmasına az qalmış şəxsi mühafizə təşkilatlarının əməkdaşlarını yoxlayıb. Onlar turnirdə təhlükəsizlik məsələri ilə məşğul olacaqlar. Yoxlanılan 3500 mühafizəçidən 82 nəfər müəyyənləşib ki, onlar potensial terrorçular sayılırlar. Yəni həmin şəxslər Avropa çempionatında teraktlar yerinə yetirə bilərlər. Həmin insanlar ekstremal təşkilatlarla bu və ya digər şəkildə əlaqədə olanlardır. Ümumiyyətlə, Avro-2016-da təhlükəsizlik məsələlərinin təminatına 87 min insan nəfər cəlb olunub. Onlar arasında 42 mini polis əməkdaşları, 30 mini jandarmlar, habelə, hərbi qulluqçular və təhlükəsizlik agentləridir. Bir müddət öncə ABŞ dövlət departamenti öz vətəndaşlarını Avro-2016 zamanı terror təhlükəsizliyinin olması ilə bağlı məlumatlandırıb.