|
İspaniya məhkəməsi Argentina millisi və “Barselona” klubunun ulduzu Lionel Messi barəsində 21 aylıq həbs qərarı çıxardı.
Messi və atası Xorxe Messi ( Jorge Horacio Messi) 4,1 milyon avronu vergidən gizlətməkdə ittiham olunurlar.
Məhkəmənin qərarı ilə onların hər ikisi iyulun 6-da 21 aylıq azadlıqdan məhrum ediliblər.
Amma İspaniya qanunlarına görə cəzaları 2 ildən az olduğu üçün onlar azadlıqda qalacaqlar.
Amma qərara əsasən Messi 2, atası isə 1.5 milyon avro cərimə ödəməli olacaqlar.
Məhkəməsi 2013-cü ildən davam edirdi.