|
Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo ilkin tibbi müayinədən keçib.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun sol dizinin yan bağlarının dartıldığı müəyyənləşib.Ronaldonun bərpa müddətinin çox ay çəkəcəyi bildirilib.
Beləliklə, o, UEFA superkubokunda "Sevilya" ilə oyunu böyük ehtimalla buraxacaq.
Qeyd edək ki, "Real" - "Sevilya" görüşü avqustun 9-u keçiriləcək.
Xatırladaq ki, Ronaldo "Avro-2016"nın finalında Fransa ilə oyunun 17-ci dəqiqəsində zədələnib və 25-ci dəqiqədə Rikardo Quarejma ilə əvəzlənib.