|
"Barselona" baş məşqçisi Luis Enrike ilə müqavilə yeniləmək istəyir.
Qol.az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi ispaniyalı mütəxəssisə iki illik müqavilə təklif edəcək.
Enrikenin klubla mövcud müqaviləsi 2017-ci ildə başa çatacaq. "Barselona"nın qışda onunla 2019-cu ilə qədər sözləşmə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2014-cü ildən "Barselona"nı çalışdırır.