|
Zəka Sahib
Sonda yeniliçilər qalib gələcək, köhnəçilər isə öz yerlərini asanlıqla verməyəcəklər. Mənim liderim belə deyirdi, o hər zaman yenilikçiləri önə çəkirdi, komandasını qısqanmazdı, meydanlardan tribunalara gətirdi gəncliyi. əslində o kimin nə olduğunu bizdən yaxşı bilirdi, amma bizimlə onda böyük fərq var idi. Onun nəinki xalqına insanlığa sevgisi böyük idi, kimsəyə kin saxlamırdı, düşünürdü ki, sevgi ilə insanları doğru yola çəkmək olar, o bir növ millətini sevməklə mülaciə edirdi. Onu ən ağır formada tənqid edənlərə belə hirslənmirdi, əksinə sevinirdiki milləti qorxunu dəf edib. "Qoy mənə müqavimət göstərə-göstərə sabahkı davaya hazır olsunlar, onlar güclərini məndə sınamalıdırlarki sonda qalib gəlsinlər" deyirdi, könülləri fəth etmiş Bəy. Hədəfi milləti qələbə çatdırmaq idi, bunun üçün şəxsi həyatdan ayrılmışdı Bəy, bütün zamanını milli mücadiləyə həsr edirmiş, əslində liderlərin ailəsi millət olur. Yaşasaydı tam başqa Azərbaycan olacaqdı indi. Qarabağlı bir ölkə olacaqdı, bəlkə də Bütöv Azərbaycan, o olmasada Güney müstəqil olacaqdı, Elçibəydə fenomen enerji, hədəflərə doğru irəlləməkdə bir zərrədə yorulmazlıq var idi, təəssüf ki, yaşasaydı deyirəm, yaşaya bilmədi xərçəng xəstəliyi bizi millət olaraq sahibsiz vəziyyətə saldı, bəlkə bunun üçün ən çox nifrət etdiyim xəstəlikdi bu. Ankarada xəstəxanada belə xəstəliyini həkimindən eşidəndə: "bəs mənim millətimin taleyi necə olacaq?" demişdi. Elçibəy ideya adamından başqada fərqli siyasi gücə malik idi, biri-biri ilə ziddiyətli insanlardan komanda qurmuşdu, müxalifəti bir mərkəzə yığmağı bacarırdı. "Mənim kürsüm qurban olsun bir körpənin göz yaşına" deyərək, ölkəsini vətəndaş müharibəsindən xilas etdi Bəy. Onun Kələkiyə gedişi hicrət idi, gedişi ilədə düşmənin planini pozdu. Elçibəy şəxsiyyəti böyük bir məktəbdi, öyrəndikcə insan kamilləşir, siyasətə əxlaq anlayışını gətirməklə öz millətini bir növ çirkablardan qoruyurdu. Bu gün özlərini Rəsulzadə-Elçibəy yolunu yolçusu hesab edənlər əslindl bu yolun mahiyyətini hələ dərk etmir. Bu yolda missiyamiz yetişib yetişdirməkdi, zavallılar isə yetişdirməyi özlərinə yaxın buraxmırlar. Gərək bu yolda sükanı çuxur səmtə çoxda yönəltməyəsən, bunlarsa 2000-ci ilin avqust ayından bu günədək yolun çuxuru ilə hərəkət edirlər, o üzdən yolda hədəflərini itiriblər. Doğum günün qutlu olsun sevgili liderim, Bütövlük məfkurəsinin memarı sən Xalqın sevgisi ilə xaliqə yetişdin. Sənin ideyalarının həyata keçməsi uğurunda son anıma qədər mübarizə aparacağıma söz verirəm. Savalanda görüşənədək Bəy. İmza: Elçibəy əsgəri.