Elşən Əlisoy

Dünyada baş verən bütün hərəkatların nüvəsini gənclərin təşkil etdiyi hər birimizə məlumdur. Gənclərin qoşulmadıqları siyasi hərəkatın hansısa formada qələbə çalacağı mümkün deyil. Uzun illər boyu Azərbaycanda da iqtidar və müxalifət düşərgəsi arasında gedən mübarizədə iqtidara qarşı savaşın əsas özəyini gənclər təşkil ediblər. Əlində böyük imkanların olmasına baxmayaraq iqtidar meydana müxalifət sıralarında olduğu kimi mübariz və fədakar gənclik çıxarda bilmədi. İqtidaryönümlü gənclərdən fərqli olaraq müxalifətçi gənclər mübarizliyi və ölkədə baş verən siyasi proseslərə həssas mövqeyinə görə daha irəlidə dayanmağı bacardı.

Bu gün isə meydanların simvollarına çevrilən müxalifətçi gənclərin təmsil olunduqları təşkilatlardan ayrılmaları haqqında demək olar ki, hər gün məlumatlar eşidirik. Siyasi partiyalarda ciddi şəkldə “qocalaşma” prosesi gedir.Bununla da gənclərini narazı salaraq təşkilatdan uzaqlaşdıran partiyalar gələcəyi olmayan formal qrumlara cevrilməyə başlayırlar.

 Ömürlərinin ən gözəl çağlarını siyasi mübarizəyə həsr edən, başqa tay-tuşları kimi şəxsi problemləri üçün yox, demokratik cəmiyyət uğrunda mübarizəyə qoşulan bu fədəkar insanlar nəyə görə illərlə bağl olduqları təşkilatlardan uzaqlaşırlar? Hesab edirəm ki liderlər bu barədə düşünməli və bunu yaradan səbəblər aradan qaldırılmalıdır. Yoxsa elə başa düşülə bilər ki, bu proses elə birincilərin istəyi ilə həyata keçirilir.

Nələr baş verir? Gənclərin təmsil olunduqları təşkilatlardan “küsüb” getmələrinə səbəb nədir?

Partiyalarda uzun illər rəhbər vəzifələrdə olan yaşlı nəslin nümayəndələri ilə gənclər arasında çox ciddi problemlər mövcutdur. Gənclərin çox zaman yeni fikirlər irəli sürməsi və ciddi mübarizə tələb etməsi keçmişin xatirələri ilə yaşayan bu insanlarda ciddi qıcıq yaradr. Yeni bir təşəbbüslə çıxış edən gənclərin yaşlı nəsildən “əlindən tutub siyasət öyrətmişəm, indi mənə dərs keçirsən?” kimi lazımsız fikirləri ilə şəxsən mən çox rastlaşmşam.

Tənqidə dözümsüzlük partiyaların ən ciddi nöqsanlarından biridir.

Partiya üzvü olan gəncin təşkilatın kursunu və ya partiyanın hansısa funksionerini tənqid etməsi onun “vətən xaini, xalq düşməni” adlandırılmasına səbəb ola bilir. Uzun illər yol gəldikləri insan haqqında qısa bir zamanda dezinformasiya yayaraq, onu hakimiyyətlə iş birliyində suçlamaq siyasi partiyaların qocalarının əksəriyyətinin vərdişinə çevrilmiş adi bir haldır. Bu da öz yaş dövrünün çılğınlqlarını yaşayan gənclərin gözündə bağışlanmaz günah sayılr. Bütün bu hallar Intiriqabazlıqdan uzaq olan, qrupbazlq yox, komanda prinsipləri ilə yaşayan gənclərin saf duyğularının əzilib-tapdanmasına səbəb olur.

Təşkilatlarda gənclərin yaşadığı problemlər haqqında çox yazmaq olar. Bunun ən əsası isə odur ki, gənclərlə illərdir ki, özü olmayıb adı olan kresloya yapışıb qalmış yaşl nəslin nümayəndələri arasında açıq bir mübarizə gedir. Təşkilatların birinci şəxslərinin də çox vaxt həqiqəti araşdırıb nöqsanı aradan qaldırmağa cəhd etməməsi, əksinə köhnə silahdaşlarının tərəfini saxlaması gənclərin qəlbən qırılmasına və təşkilatdan getməsinə  səbəb olur.

Unutmayaq ki, gənc nəslin təmsil olunmadığı ideoloji təşkilat övladı olmayan sonsuz bir ailəyə bənzəyir.

Gənclik ruhdur. Ruhsuz bədəni isə ancaq ölü adlandırmaq olar. Gənclərə "şüarçı uşaqlar" gözü ilə baxmağa son qoymaq lazımdır. Unutmaq olmaz ki, mübarizə meydanlarında olan müasir gənclik mütilik yox azadlıq ruhu ilə nəfəs alır. Bu gənclərlə öz dövrlərinizin gənclərini eyniləşdirməyin. Bu günki gənclik məsləhət dinləməyi yox, düşünüb nəticə çxartmağa daha çox önəm verir. Gənclərlə mehriban olun, qısa bir zamanda Azərbaycan gəncliyinin əsas qüvvə olaraq prosesləri əllərinə alacaqlarını görəcəksiniz. Heç olmasa o zaman onların ayaqlarının altını qazmayın, yoxsa qazdığınız o quyuya özünüz də bilmədən yenidən Azərbaycanımızı və müqəddəs arzularımızı salacaqsınız!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti