Elşən Əlisoy

Manatın iki dəfə devalvasiyasından sonra ölkənin başının üstünü qara buludlar almağa başlayıb. Hakimiyyət dövlətin iqtisadiyyatını tək neftin üzərində qurmaqla ölkəmizin taleyinin kənardan idarə edilən iqtisadi asılılıq altına saldı. Hakimiyyətdə olduqları illər ərzində ölkədə nəinki qeyri-neft sektoru inkişaf etdirilmədi, əksinə, keçmiş sovet dövründən qalma böyük zavodların əksəriyyətinin bahalı avadanlıqlarını sökdürüb metal qiymətinə satıb taladılar. Neftdən gələn böyük pullar məmurların gözlərini elə bağladı ki, nə özlərinin, nə də dövlətin gələcəyini düşünməyə nəfsləri imkan vermədi. Kəndçinin maddi imkansızlığından istifadə edərək torpaqlarını pul gücünə, bəzən də zor gücünə əlindən alaraq özününküləşdirən məmurlar həmin əraziləri boş saxlamaqla ölkənin adi kənd təsərüffatı məhsullarını da xarici bazardan aslı vəziyyətə gətirdilər. Məmurlar zəbt etdikləri torpaq sahələrini yalandan taxıl sahəsi adına sənədləşdirərək dövlətin əkin sahələri üçün ayırdığı milyonlarla manat vəsaiti talan etdilər. Bununla da məlum oldu ki, dövlətin taxılla bağlı statistikası kağız üzərində olan boş bir yazıdan başqa bir şey deyilmiş. Ona görə də devalvasiyadan sonra ilk diqqət çəkən un məhsulunun qıtlığı oldu. Ölkədə çörək böhranı ciddi bir həyəcan siqnalı kimi qəbul edilməlidir. İş yerlərinin kütləvi şəkildə bağlanması, kütləvi ixtisarlar tikintilərdə və başqa sahələrdə işləmək məcburiyyətində qalan kənd sakinlərini yenidən kəndə dönməyə məcbur etdi. Bu zaman isə məlum oldu ki, kəndçinin nə əkməyə torpağı var, nə də mal-qara saxlamağa otlaq sahəsi, hamısı məmurlar tərəfindən zəbt edilib.

Artıq Azərbaycanın mövcud durumu yolun sonuna çatıb.

 Dövlətimiz elə bir vəziyyətə gətirilib ki, nə sifarişli iqtisadçı ekspertlər normal nağıllar uydurub insanlara ümid verə bilir, nə də həqiqi ziyalılarımız çıxış yolunun nə olduğunu göstərə bilirlər. Görünən odur ki, Azərbaycan xalqı talein ümidinə buraxılmış vəziyyətə gətirilib. Bir tərəfdən iqtisadi monopoliya, bir tərəfdən hüquqsuzluq, bir tərəfdən də məmur özbaşınalıqları onsuz da acınacaqlı durumda olan vətəndaşlarımızı daha da çıxılmaz vəziyyətə salıb. Hər yerdə narazılıq, hər yerdə şikayət və ah-nalə... İnsanların qəzəbinin daşması an məsələsidir. Ölkə idarəolunmaz xaos vəziyyətinə gətirilib. Nə güclü bir müxalifət partiyası, nə də xalq tərəfindən hörmət qoyulan ziyalı qalmayıb ki, ən azından sosial inqilabı siyasi, idarə olunan bir inqilab halına gətirə bilsin. Dövlət başçısı da həyəcan təbili çalan insanları dinləmək əvəzinə onların şərlənərək həbs edilməsinə göz yumaraq yalançı, acgöz məmurların verdiyi “hesabat”lara inanır. Məmurlar da artıq prezidenti saymırlar. Ölkədə şəhid ailəsi ən adi sosial probleminin həll edilməməsinə görə prezidenti məhkəməyə verməyə məcbur olub, təbii ki, nəticəsinin olmayacağını hamının bildiyi məhkəməyə... İcra başçısı isə problemi həll edərək bunun qarşısını almır, əksinə, “nə əlindən gəlirsə elə!”,- deyir. Artıq dünənə qədər susub heç bir aksiyaya qoşulmayan insanlar indi ictimai yerlərdə hakimiyyəti tənqid etməkdən çəkinmirlər. Vətəndaşlarımızın nəinki banklara olan kreditlərinin vermək, hətta evinə çörək almaq imkanları yoxdur. Yaxın zamanlarda çörək üçün dükanların oğurlanmasının, siqaret üçün cinayətlərin törədilməsinin hər birimiz şahidi olacağıq. 5-6 manat puldan ötrü evlərdən oğurluqlar olacaq, qanlı cinayətlər törədiləcək. Bu gün hakimiyyətlə hüquqla danışan insanlar yaxın günlərdə zorla-qanla danışmağa məcbur olacaqlar. Qarşıda bizi çox ciddi hadisələr gözləyir. Məsulliyyət isə birbaşa dövlət başçısının üzərindədir. Prezident qısa bir zamanda ölkənin müxalifət partiyalarının liderlərinə, savadlı iqtisadçılara, aydınlara çağrış etməklə onlarla görüşərək ölkənin gələcək taleyini müzakirə etməlidir. Azərbaycanı tufanın içində çabalayan bir gəmi təsəvvür edək, bu gəmi batarsa, orada olan bütün canlıların məhv olacağı hər kəsə məlumdur. TANRI QORUSUN!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti