|
Dilavər Əzimli
AMEA-nın aparıcı elmi işçisi, tarixçi alim
Bir tarixçi olaraq məni düşündürən ciddi bir problemi sizinlə bölüşmək istəyirəm. Son günlər hamı ölkə daxilində istehsal olunan malların qiymətini bahalaşdıranları qınayır və hətta lənətləyirlər. Az qala hamı mötəkirə çevrilib. Bizm üçün ən "əziz" adamlar televizyalrda "şou" aparanlar, lüt müğənnilərdir. Bir yandan da möhtəkirlik.....Ölkənin 90 faizi məhtəkir olub. Nədən bu baş verdi? Niyə belə oldu? Axı bu millət belə deyildi.
Yadıma 1991-ci ilin yanvarın 16-da BDU-nun tələblərinin Tibb Universitetinin həkim briqdası ilə birlikdə döyüş bölgəsinə-Dağlıq Qarabağa yola düşdüyü gün düşür. O zaman qərara alınmışdı ki, tələbələr gündüzlər məktəblərdə dərslər keçəcək, axşamlar isə postda dayanacaqdılar. Aramızda təzəcə toyu olan tələbələr də var idi. İki "İkarus" avtobusu BDU-nun qarşısında dayanmışdı. Aramızda BDU-nun tələbə qızları da vardı. Tələbələr dəstələrə bölünmüşdü. Mənim olduğum dəstənin adı "Boz Qurd" idi. BDU-nun müəllimi Atamoğlan Məmmədlinin olduğu dəstənin adı "Abasqulu bəy" idi. O biri dəstələrin də adı var idi. Hər dəstədə bir həkim var idi. Həmin gün qar yağırdı. BDU-nun müəllim və rektor heyəti bizi yola salırdı. Bizi yola salan müəllim və tələbələr ağlayırdı. Çünki könüllü şəkildə döyüş bölgəsinə gedirdik. Çoxlarının valideynlərinin bundan xəbəri yox idi. Məni təsirləndirən başqa bir şey idi. Bu da BDU-nun müəllimlərindən bəzilərinin yenicə aldıqları maaşlarını bizlərə vermələri idi. Mənim təmsil olunduğum dəstəyə də bu pullardan düşmüşdü. Üstündə yazılmışdı:"Filan müəllimdən cəbhə bölgəsindəki qardaş və bacılarıma". Biz onları Dağlıq Qarabağda ünvanlara çatdırdıq.
İndi düşünürəm ki, bəs hanı bu həmrəylik? Bu cür addımlara gedən bir millət möhtəkirə çevrildi. Demək, çevirdilər. Bəs kim çevirdi: Bolşevik və kommunist təfəkkürlü insanlar! 1993-cü ildə onlar Azərbaycan hakimiyyətini götürməklə bolşevik təfəkkürünü yenidən bərpa etdilər. Şəxsi maraqlar hakim kəsildi. Bu Qərb və Rusiya, İrana da sərf edirdi. Ona görə də milli hökumət köməksiz qaldı. Maraqlıdır ki, müstəqilliyimizin 25 ili barədə kitablar yazacaqlar. Görən bu hadisələrə onlar necə qiymət verəcəklər? Təbii ki, istədikləri istiqamətdə....O zaman Daqlıq Qarabağa getməyi ələ salan və bizləri bandit, quldur adlandıranlar, SSRİ-nin saxlanmasına səs verənlər millət vəkilləri seçildilər. İnsanlara artıq milli hisslərinə görə deyil, şəxsi sədaqətinə. həm də vətənə deyil, şəxsə olan şəxsi münasibətlərinə görə qiymət verməyə başladılar. O zaman hamımız Vətən namusunu ailə namusundan üstün tuturduq. İndi isə çoxları üçün qohum-əqrəba namusu əhəmiyyətini itirib. Çünki münasibətlər möhtəkirlik baxımından çox pisləşib. Qız ananı öldürür, qardaş bacını....Avara bir müğənni milləti təhqir edir. Demək, əsrlər boyu qoruduğumuz qeyrət məsəsinə də xələl gəldi. Topxanada iki ağacın qırılmasına dözməyən milləti erməni girovluğunda can verən qızlarımıza bganə qlmağı öyrətdilər. Pul, möhtəkirlik insanları ağuşuna alıb. İndi də deyirik ki, Azərbaycanda daxili məhsulların qiyməti günbəgün artır. Əlbəttə, artacaqdır da.....Çünki o zaman bizi yola salarkən son maaşlarını bizə verən BDU müəllimlərinin çoxu artıq tələbədən rüşvət almaqdadır. Bu nədir? Cəmiyyətin iflasımı? Bəs vəziyyətdən çışıx yolu? İnanın ki, görmürəm! Allah bizi gələcək bəlalardan qorusun! Amin!