Nəcəfalı     Cahangirli

1985-ci ildə qəbul edilmiş yenidən qurma və aşkarlıq imperiyanin süqutunu sürətləndirdi. SSRİ-nin dağılmasının qarşısını almaq üçün müxtəlif yerlərdə milli qarşıdurma yaratmaqla xaqların diqqətini azadlıq uğrunda mübarizədən yayındırmaq lazım idi. Ona gorədə DQMV-də milli münaqişə ocağı qızışdırıldı. Eyni zamanda Ermənistanda yaşayan əhalinin sıxışdırılıb çıxarılması başlandı. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar gəlməyə başladı .Fevralın 24-də Əsgəranda iki azərbaycanlının qətlə yetirilməsi, 28 fevralda DTK-nın Sumqayıtda talanlar təşkil etməsi Azərbaycanda sabitliyi pozmaq, etnik düşmənçiliyi gücəndirmək məqsədi güdürdü. 1989-cu il yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycanda SSRİ-nin DQMV-də xususi idarə forması tətbiqi haqqında” qərar qəbul etməsi, iyulda Xankeəndindən azərbaycanlıların, Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulmasıxalqımızın səbrini daşdırdı. Çünki bütün bu hadisələr SSRİ hökümətinin gözü qarşısında baş verirdi. Moskva tədbir görmək, qayda-qanun yaratmaq əvəzinə açıq-aşkar şirnikləndirmə və silahlandırma siyasəti yeridirdi. SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti xalqımızı azadlıq uğrunda mübarizəyə qaldırmışdı.


1989-cu il dekbrın 31-də Naxçıvanda Sovet-İran sərhəd qurğuları söküldü. Azərbaycanda xalq hərəkatı elə bir mərhələyə çatmışdı ki, mart ayında keçiriləcək seçkilərdə milli qüvvələrin qalib gəlməsi labüd idi. Bu işə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması və SSRİ-nin dağılamsının başlanılması olacaqdı. Buna yol vermək olmazdı. Ona görə də Azərbaycana qoşun yeridib milli azadlıq hərəkatını qan içində boğmaq, Azərbaycan xalqını susdurmaq və SSRİ xalqlarına ibrət dərsi vermək lazım idi. Azərbaycana qoşun yeritmək üçün zəmin hazırlamaq məqsədi ilə 1990-cı il yanvarın 13-də Bakıda erməni talanları təşkil edildi. Bakıda olan 10 min nəfərlik daxili qoşun hissələri bunun qarşısını almadı. Milli Müdafiə Şurası bunun qarşısını alsada, heç bir ehtiyac olmadan SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “DQMV və bəzi digər rayonlarda fövqəladə vəziyyət” elan olunması haqqda fərman verdi. Respublika rəhbərliyi vəziyyəti sabiləşdirmək üçün heç bir tədbir görmür, vəziyyət getdikcə kəskinləşirdi. Bakıya əlavə qüvvələr gətirilirdi. Azərbaycanın səsini batırmaq, blokadaya almaq üçün yanvarın 19-da saat 20-də televiziyanın enerji bloku partladıldı. Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun Bakıya hücumu başlandı. Qırğına SSRİ Müdafiə Naziri Yazov rəhbərlik edirdi. Silahsız və heç nədən xəbəri olmayan insanlara atəş açıldı. Sovet tankları Bakının küçələrində hər şeyi məhv edir, küçləri qan gölünə çevirirdilər. Bakıda 131 nəfər həlak oldu, 744 nəfər yaralandı, 400 nəfər isə həbs edildi. Komminist Partiyasının törətdiyi bu dəhşətli cinayət Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” kimi daxil oldu. Yanvarın 20-də SSRİ Ali Sovet Rəyasət Heyəti “Bakı şəhərində fövqalədə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Bunun artıq heç bir əhəmiyyəti yox idi.

Azərbaycan xalqını susdurub sındırmaq mümkün olmadı. Azərbaycan xalqının səsini bütün dünyaya çatdıran Heydər Əliyev cənabları oldu. O, xalqı mübarizəyə səslədi. Azərbaycan xalqı tarixin imtahanlarından üzü ağ çıxdı. Öz qanı ilə şərəfli bir tarix yazdı. 20 yanvar xalqımızın şərəf tarixidir. 20 yanvar xalqımızın qəhərmanlıq salnaməsidir.

Azərbaycan xalqı şəhidlərin qanı bahasına müstəqillik qazandı. Bütün xalq Azərbaycanın dövlət müstəqilliyini bərpa etdi. Şəhidlərimizin qanı hədər getmədi. Allah Sizə rəhmət eləsin şəhidlər.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti