Cəsarət Hüseynzadə

Bütün dünyada şəffaflığın təmin olunması istiqamətində aparılan araşdırmalar nəticəsi olaraq, dövlət təşkilatlarının fəaliyyətində elektron xidmətlərin tətbiq  olunması məqsədə uyğun bilinir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da, məhz bunu əsas götürərək uzun müddətdir ki, layihələrin qəbulunu elektron qaydada aparır. Layihələrin qəbulundan sonrakı proses  - müsabiqə dövründə QHT-Şura əlaqələri sıfıra endirilib. Həmin dövrə qədər isə Şura tərəfindən QHT-lər üçün təlimlər, məsləhət və yardımlar təşkil olunur.

2016-ci ildən Şura daha bir mütərəqqi addım ataraq, layihələrin seleksiyadan keçməmə səbəbi, layihələrin ekspert qiymətləndirmə nəticələrini (topladığı ballar) açıqlayır. Eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Şurası təşkilatlara keçməyən layihələrinin mətbuatda çap olunması təklifini irəli sürür. Amma təəssüf ki, bu təklifdən hələ də heç  bir təşkilat yararlanmayıb.

Layihə yazmaq komanda işidir

Təcrübə göstərir ki, layihə yazmaq komanda işdir. Problemin qoyuluşu, görüləcək işlər, fəaliyyət planı ayrı-ayrılıqda və bir-birindən fərqli prizmadan, davamlı sizin problemə və onun həllinə baxışlarınızı  ehtiva edir. Layihənin büdcəsi isə ümumilikdə fəaliyyət planı və görüləcək işlər ilə bağlılıq təşkil etməlidir.

Müşahidələr isə göstərir ki, bəzi yazılan layihələr ədəbi janrda olan hər hansı əsəri xatırladır və büdcə ilə uyğunluq daşımır.

Layihə yazanlar bir qızıl qaydaya əməl etməlidirlər. Yazdığınız layihəni başqa bir insana verin və oxumasını xahiş edin. Həmin insanın sizə layihə ilə bağlı hər hansı sualı olarsa, deməli layihə yüksək səviyyədə  hazırlanmayıb və həmin layihəni yenidən inkişaf etdirin.

Fərdlər yoxsa layihələr?

Bu məsələ bütün dünyada və hər 3 sektorda aktual və zaman-zaman mübahisə doğuran məqamlardandır. Dövlət, özəl və üçüncü sektorda əməkdaşlıq üçün nümayəndələr seçərkən kimlərə üstünlük verilsin?

Bu məsələ ilə bağlı öz hekayəmi də qeyd etmək istəyirəm. 2000-ci illərin əvvəllərində xarici ölkə səfirliklərinin birinin elan etdiyi qrant müsabiqəsində iştirak etdim. Layihəni hazırlayıb, müəyyən vəsait xərcləyib ingilis dilinə tərcümə etdirib, müsabiqəyə təqdim etdim. Layihə ilə bağlı məktub gəldi ki, sizin layihəniz başqa 2 təşkilatın layihəsi ilə bərabər ilkin variant kimi bəyənilib. Lakin hər 3 layihənin daha da inkişaf etdirilməsi xahiş olunur. Mən uyğun qurumlarla əməkdaşlıq razılaşmaları alaraq,  layihəni bir az da inkişaf etdirib, yenidən əlavə xərc çəkərək tərcümə etdirib donora təqdim etdim.

Nəticələr məlum olanda gördüm ki,  mənim layihəm qaliblər sırasında yoxdur (Səfirlik qrantlarında qaliblərin sayı 3-5 təşkilat olur). Qalib geniş işçi heyətinə malik bir böyük qurum idi. Mən bunu anlayışla qarşıladım və hesab etdim ki,  onlar daha yaxşı təklif irəli sürüblər.  Amma müxtəlif insanlarla müzakirələrdən sonra gəldiyim qənaət bu oldu ki, səfirliklər çox zaman  layihələrə deyil, fərdlərə və onların mənsub olduğu siyasi qruplara qrantlar ayırır. Məhz həmin təşkilata da, qrant ayırma məhz onların müxalifətdə olması ilə əlaqəli idi. Mən isə heç bir siyasi qüvvənin təmsilçisi deyildim.

İndi bizdə də, cəmiyyətimizin bəzi dəyərli nümayəndələri var ki, həqiqətən onlar fəaliyyətləri ilə tanınmış QHT nümayəndələri sayılır  və göründüyü qədər də bəzi dövlət qurumları tərəfindən də daima dəstəklənir və dövlət nümayəndələrindən xoş münasibət görürlər.

Bu fəaliyyətlər müsabiqədən kənar olan dəstəyi əhatə edir. Bəzi belə təşkilatlar müsabiqələrdə uğurlu çıxış edə bilmir.

Mənim subyektiv fikrimə görə, həmin təşkilatlar məsələyə başqa prizmadan yanaşmalı, nümayəndələrini təlimlərə göndərməli və bu sahədə bacarıqların artırılmasına diqqət etməlidir.

Bəlkə də, layihəsi müsabiqədən keçməyən təşkilat daha çox iş görməyə qadirdir. Amma fəaliyyətini layihə formasına daxil edə bilmir. Müsabiqədə sözsüz ki, bu amillər nəzərə alınmır.

Şəffaflıq və ədalətli qərarların qəbul olunması üçün məhz fərdlər deyil, onların təqdim etdikləri layihələr qiymətləndirilir.

Şuranın fəaliyyətində bu meyarı əsaslandırmaq üçün 2016-ci ilin 1-ci müsabiqəsinin nəticələrinə baxmaq kifayətdir.

Eyni zamanda layihələrinə arxayın olan təşkilatlar üçün Şuranın Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın mövcudluğu  mütərəqqi haldır. Ehtimal olunur və praktika da onu göstərir ki, Apelyasiya Komissiyasından müsbət cavab alan layihələr də olur.

Layihələrin qiymətləndirilməsində yeni yanaşma

QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə müsabiqələr ilə bağlı mövqeyini müşahidə etdikdə, Şuranın layihələrin qiymətləndirilməsində yeni yanaşma göstərdiyini güman etmək olar.

Şura müsabiqələrin sayını artırmaqla QHT-ləri layihələrin  yazılma və fəaliyyət keyfiyyətini artırmağa məcbur edir. Yəni layihəsi keçməyən təşkilat, artıq layihəni növbəti mərhələyə daha ciddi və dolğun hazırlamağa cəhd edir. Bir neçə ildir ki, Şura eyni mövqeyi layihələrin həyata keçirilmə keyfiyyəti ilə bağlı da sərgiləyir. Belə ki, layihələri aşağı səviyyədə keçirən və müvafiq maliyyə fəaliyyətini düzgün qurmayan təşkilatlardan müəyyən qrant vəsait saxlanılır və yaxud növbəti qrant müsabiqəsində "qara siyahıya" salınır. 

Cəsarət Hüseynzadə,

"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin icraçı direktoru

qht.az saytının rəhbəri

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti