Gültəkin Hacıbəyli: «Keçiriləcək seçkilərin ATƏT, Avropa Parlamenti, ABŞ tərəfindən tanınmaması ciddi legitimlik problemi yaradacaq»

ATƏT-in Azərbaycandakı seçkini izləməkdən imtina etməsi digər demokratik ölkələr və beynəlxalq təşkilatlar üçün tövsiyyə xarakteri daşıyır. Çünki bir qayda olaraq benyəlxalq təşkilatlar, ABŞ və Avropa ölkələri seçkilərə qimyət verərkən məhz ATƏT-in rəyini əsas götürürlər. Bu baxımdan ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Daniel Bayerin açıqlaması təsadüfi qiymətləndirilməməlidir. ABŞ ATƏT DTIHB-nin noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin monitorinqini həyata keçirməyəcəyinə təəssüf edir. Bu barədə bildirib.

Bayer qeyd edir ki, Azərbaycan 300 qısamüddətli və 30 uzunmüddətli müşahidəçi qəbul etməkdən imtina edib və cəmi 125 qısamüddətli və 6 uzunmüddətli müşahidəçi qəbul edə biləcəyini bildirib: “Bu, Azərbaycanın seçkilərin monitorinqinin keçirilməsində DTIHB-nin müstəqilliyini nəzərə almaq öhdəliklərinə uyğun deyil. Təəssüf edirik ki, DTIHB ölkə hakimiyyətinin müşahidəçilərin sayını məhdudlaşdırmaq tələbləri ilə əlaqədar Azərbaycanda müşahidə missiyasını ləğv etmək məcburiyyətində qalıb. Amma biz bu qərarı dəstəkləyirik və ATƏT-in mühüm bir institutu olaraq DTIHB-nin müstəqilliyini təsdiq edirik.

Vaşinqton ümid edir ki, ATƏT üslubunda dialoqu davam etdirəcək və 1 noyabr seçkilərində ATƏT DTIHB müşahidəçilərinin sayına məhdudiyyətlər haqqında qərar ləğv ediləcək”.

ATƏT-lə yanaşı Avropa Parlamentinin Azərbaycandakı parlament seçkilərini izləməməsi prosesə legitimlik problemi yarada bilər. Bütün bu təşkilatların ardınca isə ABŞ ATƏT-in mövqeyini dəstəklədiyini bildirir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, ABŞ-ın ATƏT-dəki səfirinin açıqlaması Azərbaycandakı seçkilərin Vaşinqton tərəfindən tanınmamasına işarədir. Səfir ATƏT-in mövqeyinin haqlı və Azərbaycanın təşkilat qarşısında irəli sürdüyü şərtlərin qəbulolunmaz olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, ABŞ bununla onu bəyan edir ki, Vaşinqtonun mövqeyi ATƏT və Avropa Parlamenti ilə eyni olacaq: “Bu Azərbaycan hakimiyyəti üçün ciddi siqnal olmalıdır. Keçiriləcək seçkilərin ATƏT, Avropa Parlamenti, ABŞ tərəfindən tanınmaması ciddi legitimlik problemi yaradacaq. Belə bir halda ümumiyyətlə seçki keçirməyin əhəmiyyəti yoxdur. Hakimiyyət ya seçki prosesini dayandırıb, seçki qanunvericiliynə dəyişiklik edib, normal seçki mühiti yaradıb, heç olmasa yarımazad seçkilərin keçirilməsini təmin etməlidir. Ya da seçkilərin keçirilməsinə ehtiyac yoxdur. Konstitusiyaya növbəti dəyişiklik edib, vaxtı ilə digər səlahiyyət müddətlərini uzatdığı kimi parlamentin də səlahiyyət müddətini uzatsın. Konstitusiyaya dəyişiklik edib, parlamentin səlahiyyətlərini uzatmaq olar. Çünki əslində bundan sonra keçiriləcək seçkilərin heç bir əhəmiyyəti olmayacaq”.

G.Hacıbəyli vurğuladı ki, əgər seçkilər daxili auditoriya üçün keçirilirsə, bunun da əhəmiyyəti yoxdur. Ildən-ilə insanların seçkilərə marağı azalır. Çünki vətəndaşlar əmindilər ki, parlament onların siyasi iradəsi ilə yox, hakimiyyətin iradəsi ilə formalaşacaq. “ATƏT, Avropa Parlamentindən sonra ABŞ-ın ATƏT-dəki səfiri tərəfindən elan olunan mövqe Vaşinqtonun rəsmi movqeyidir. Bu artıq seçkilərin beynəlxalq legitimliyi ilə bağlı ciddi problemi ortaya qoyur. Bu isə olduqca təhlükəli tendensiyadır. Hazırda Qarabağ məsələsi ilə bağlı Rusiyanın avantürist mövqeyini nəzərə alsaq, belə bir məqamda işğal altında olan torpaqların məhz Azərbaycanın olduğunu tanıyan Qərblə konfrontasiya ərazi bütövlüyümüz baxımından da yaxşı heç nə vəd etmir”, deyə G.Hacıbəyli vurğuladı.

Azadlıq.info

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti