|
2-5 aprel döyüşləri Azərbaycan cəmiyyətində ciddi ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqın sözün həqiqi mənasında birliyini, həmrəyliyini ortaya qoydu.
Maraqlıdır, cəbhədə baş verən son olaylar, müharibə reallığı Azərbaycan cəmiyyətində iqtidar-müxalifət münasibətlərinin qismən də olsa yumşalmasına təsir göstəribmi? Yoxsa şəhid cənazələri belə ümummilli məsələdə iqtidar-müxalifət yaxınlığını təmin etmək üçün kifayət etməyib?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu cəmiyyətin yaşananlarla bağlı doğru mövqe ortaya qoyduğunu, lakin hakimiyyətin bunu qiymətləndirmədiyini vurğuladı:
“Azərbaycan cəmiyyəti bütövlükdə iqtidarsız bu məsələyə çox doğru, düzgün qiymət verdi. Baş verənlərin mahiyyətinə uyğun addım atdı. Azərbaycan iqtidarı isə təəssüflər olsun ki, cəmiyyətin bu addımlarını qiymətləndirmək gücündə olmadı. Mən bir şəhidin dəfnində iştirak etdim. Orada iqtidar nümayəndələrinin, yerli paşahlarının, polisin münasibətinə şahid olmuşam və söylədiklərim şəxsi müşahidələrimə əsaslanır”.