|
"Avropa Demokratik Dəyərlərin Təbliği Mərkəzi" İctimai Birliyi Sədri İntiqam Xudiyev :
“Bu şəxsləri azadlıqdan məhrum etmək həm də demokratiyanın inkişafının qarşısını almaqdır”
- Siyasi məhbusların azadlığa buraxılması cəmiyyətdə birmənalı qarşılanmadı. Bu halı necə dəyərləndirirsiniz?
- Azadlığa buraxılan məhbusların arasında kifayət qədər tanınmış isimlər, hüquq müdafiəçiləri, jurnalistlər, siyasi təşkilat rəhbərləri, inanaclı şəxslər, əqidəsinə sadiq insanlar, ən azı cəmiyyət üçün xeyli faldalı simalar var. Bu şəxsləri azadlıqdan məhrum etmək həm də vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafının qarşısını almaq deməkdir. Hakimiyyət bütün siyasi və vicdan məhbuslarını qeyd-şərtsiz dərhal azad etməlidir. Əslində bu gediş hakimiyyət üçün daha faydalı olar. Cavabı bir qədər dəqiqləşdirsək, hesab edirəm ki, hakimiyyət yanlışına bir qədər düzən verdi. Siyasi baxışlarına və dini inancına görə məhrumiyyətlərlə üzləşən şəxslərdən biri belə azadlığa qovuşursa müsbət haldır. Bütün siyasi və vicdan məhbusları azad olunana qədər hökumət intensiv tənqid olunmalıdır. Düşünürəm ki, bir neçə məhbsusun azad edilməsi bu zamana qədər baş verənləri müsbət formada təqdim edə bilməz. Hakimiyyət sonuncu vicdan məhbusunu da azad etməyincə mübarizəmiz davam etməlidir. Çünki bu mübarizə ölkənin demokratikləşməsinə və azad vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir.
- Sizcə fərqləndirmə ölçüsü nə idi? Yəni siyasi və vicdan məhbuslarının bəziləri niyə azad edildi, bəziləri isə hələ də məhrumiyyət yaşayır?
- Hüquq elmində cinayətin təsir imkanlarına görə cəza təyin olunur. Biri toyuq oğurlayır, biri isə silahın tətiyinə bir toxunuşla qatil olur. Fiziki baxımdam toyuq oğurlayan daha çox enerji sərf etsə də, ona daha az cəza verilir. Hakimiyyət məhbusları sanki təbəqələrə bölüb. Bu bölgü ilk deyil. Cəmiyyətdə insanların əqidəsinə, peşəsinə, hətta bölgələrə görə bölündüyü hamıya məlumdur. İnsanlar vətəndaş olaraq birgə yaşasalar cəmiyyəti idarə etmək xeyli çətinləşər və xüsusi idarəetmə bacarığı tələb olunar. Bu zaman ayrı-ayrı məmur özbaşınalığına rast gəlmərik. Düşünürəm ki, siyasi və vicdan məhbuslarının tam olaraq azad edilməsini hökumət özünə qarşı riskli addım hesab edir.
- Siyasi məhbuslarla bərabər vicdan məhbusları da mövcuddur. Yəni dini inancına və əqidəsinə görə hətta ölkədə dini lider ola biləcək şəxslər həbs olunublar. Amma bu qəbil məhbuslar azad olunmadı. Səbəb nədir, vicdan məhbusları hakimiyyət üçün daha çox təhlükə yarada bilərlər, yoxsa başqa səbəblər var?
- Bir qədər əvvəl dediyim kimi insanları müxtəlif təbəqələrə bölüb idarəetməni asanaşdırmaq istəyir hakimiyyət. Digər tərəfdən Azərbaycan cəmiyyətində dini təşkilatlanma xeyli zəifdi. Bunun bir çox səbəbləri ola bilər. Hər halda cəmiyyətdə insanlar əqidəsinə görə fərqlənirlərsə bu, çox pis haldır. Ümid edirəm ki, insan haqları və azadlıqları uğrunda mübarizə aparan hər bir kəs alqışlanmalı və müdafiə olunmalıdır. Hüquq müdafiə təşkilatları bu sahəyə daha çox diqqət ayırmalıdırlar.
Teleqraf.az