|
“Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq.”
Bu sözləri Müsavat başqanı Arif Hacılı dünən Türkiyədə xeyli sayda insanın həlak olmasına və yaralanmasına səbəb olan hərbi çevrilişə cəhdə münasibət bildirərək deyib:
“Son zamanlar dünyanın hər yerindən sarsıntılı xəbərlər alırıq.
Fransada terror qurbanlarının sayı hələ tam müəyyənləşməmiş, Atatürk Hava Alanında həlak olanların 40 mərasimi olmamış, indi də Türkiyədə qanlı hadisələr baş verir.
Hədəflətinin nə olmasından asılı olmayaraq 78 milyon əhalisi, türk və islam dünyasının ən sivil dövləti olaraq diqqət mərkəzində olan Türkiyənin, İstanbulun, Ankaranın silahlı qarşıdurma vəziyyətinə gətirilməsi, günahsız adamların həlak olmasına, ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir.
Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq.”