|
Odessa qubernatoru Mixail Saakaşvili ABŞ-ın Respublikaçılar partiyasından namizəd Donald Trampın Putin haqda dediklərinə şərh verib.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, o, bu haqda “Forum Daily”ə danışıb:
“Tramp deyir ki, Putinlə saziş bağlaya bilər. Heç kəs Putinlə saziş bağlaya bilməz. Mən Putini Trampdan yaxşı tanıyıram. Tramp Putini tanımır. Mən dəfələrlə Putinlə müxtəlif məsələlər üzrə saziş bağlamağa cəhd etdim. Əminliklə deyə bilərəm ki, bu qətiyyən mümkün deyil. Necə ki, timsahla səni yeməməsi üçün razılığa gəlmək kimi”.
Saakaşvili Trampın Krımı Rusiya ərazisi kimi tanımaq bəyanatına görə qınayıb.
“Keçən dəfə onunla görüşəndə, o Putinə münasibətdə çox tənqidi danışırdı. Onun Putinlə razılığa gəlmək, Krımın Rusiya ərazisi kimi tanınması bəyanatları Respublikaçıların prinsiplərinə, Amerikanın prinsiplərinə ziddir” – Saakaşvili belə deyib.