|
ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədən İraq ərazisindən hərbçiləri çıxarmağa çağırıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C.Bayden İraqın baş naziri Heydər Əl-Abadi ilə söhbətdə bildirib.
“Hərbi qüvvələr İraq hökumətindən icazəsiz yerləşdirilib. ABŞ İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və Türkiyəni də buna çağırır”, - deyə Ağ Evin məlumatında deyilir.