|
"Azərbaycan hakimiyyətinin Amerikaya qarşı hanısa sanksiya tətbiq edə bilmə ehtimalı -sözün bitdiyi yerdir. "
Teleqraf.az-ın məlumatına görə, bu sözləri Qaynar.info-ya Gənclərin Atlantik Müqaviləsi Assosiasiyanın rəhbəri Zaur Əkbər deyib.
Zaur Əkbərin fikirincə, xalqla heç bir bağlılığı olmayan hakimiyyət və onun parlamentinin bu cür avantürist xəyallara düşməsinin özü göstərir ki, neftin dünya bazarında qiymətinin kəskin düşməsi, FED-in uçot dərəcələrini qaldırması və Konqrese Azərbaycanla bağlı təqdim olunan "Demokratiya Aktı" adlı qanun layihəsindən sonra adamlar başlarını sözün həqiqi mənasında itiriblər: "Onlar hələ anlamırlar ki, hansı düşüncədə və təfəkkürdə olasan ki, bu cür təkliflərin Biləcəridən o tərəfə keçməyəcəyini bilməyəsən.
Ona görə də, hakimiyyətin bu cür "məntiqinə", guya bununla Amerikaya qarşı hansısa təyziq edəcəklərini düşünərək addığı addımlara adamın gülməkdən başqa əlacı qalmır.
Bu qanun Biləcəridən o tərəfə heç kimə lazım deyil. Hakimiyyət bu addımı ilə onsuz da gülməli vəziyyətdə olan halını bir az da qəlizləşdirəcək. Unutmaq lazım deyil ki, Azərbaycan iqtisadi cəhətdən daha çox Qərbdən asılıdır, nəinki Rusiyadan. İndiki halda Azərbaycan Rusiyanın heç vecinə də deyil. Rusiyanın başı daha çox Suriyaya qarışıb."
Zaur Əkbərin sözlərinə görə, neftin qiymətinin dünya bazarında düşməsi Rusiya iqtisadiyyatına da təsirsiz ötüşmür: "Ancaq belə olan bir halda Azərbaycan rəsmilərinin ən son variant olaraq ölkəni Gömrük İttifaqına qoşmaq ehtimalı da ola bilər. Əgər, bu belə olarsa hakimiyyət gün-gündən vəziyyəti daha da pisləşən hakimiyyət uzun müddət daxili və xarici təyziqlərə davam gətirə bilməyəcək. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan hakimiyyəti monolitliyini bu ilin Avqust ayından itirib. Belə olan halda hakimiyyətin hər an düşülünməmiş və kor-təbii addımlar atacağı gözləniləndir."
Xatırladaq ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini,Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi hazırlayıb. Qanun lahiyəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.