|
İran ötən il bir sıra dövlətlərlə nüvə sazişinin əldə olunmasında xidmətləri olmuş danışıqlar heyətinə medallar verib.
Fevralın 8-də Tehranda keçirilən mərasimdə Prezident Hassan Rohani Xidmətlərə görə Medalı Xarici işlər naziri Javad Zarif-ə təqdim edib.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Ali Akbar Salehi və Müdafiə naziri Hossein Dehghan Cəsarətə görə Medalla təltif olunublar.
20-dən çox rəsmi müxtəlif mükafatlar alıb.
Ötən il iyulun 14-də imzalanmış saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Yanvarın 16-da sanksiyalar qaldırıldı