|
Sənətçi Səlami Şahin bir neçə ay öncə həyat yoldaşı Rza Esendemirdən ayrılan, müğənni İrəm Dərici ilə oğlu Liderin sevgili olmasına münasibət bildirib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlami daha öncə birlikdə səhnəyə çıxdığı Irəmlə oğlunun münasibətini dəstəkləmədiyini bildirib: “Uşaqlar artıq böyüyüb. Onlardan “Nə edirsən?” deyə soruşmuram. Evlənməyəcəklər, elə bir şey yoxdur. Oğlum yetişkin bir insandır, həyatını yaşayır”.
Liderin anası Didem isə məsələyə sosial şəbəkədə aydınlıq gətirib: "Suallara cavab verə bilmərəm. Bu mövzu ilə bağlı mənə zəng etməyin. Atalar “xoruzumu çaya saldım, toyuğu olan düşünsün” deyiblər. Mən də bu məsəli deyib keçirəm”.