Bütöv Azərbaycan Gənclər Günü 1997-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə qeyd olunmağa başlayıb.

Əbülfəz Elçibəy hələ Kələkidə olarkən, onu ziyarətə getmiş bir qrup gənclə görüşündə 24 aprelin Bütöv Azərbaycan Gənclər Günü olaraq qeyd edilməsi fikrini irəli sürüb və həmin görüşdə də belə bir qərar qəbul edilib. Məqsəd isə o taylı, bu taylı Azərbaycan gəncliyini bütövlük ideyası ətrafında birləşdirmək olub. Bütöv Azərbaycan Gənclər Günü həm də qondarma “erməni soyqırımı” gününə bir cavabdır.  

Xəbər lenti