27 may: Tsusima döyüşünün başlaması, Türkiyədə dövlət çevrilişi

1199 — Torpaqsız İoann İngiltərə kralı oldu.

1703 — Rus çarı I Pyotr Sankt-Peterburq şəhərinin əsasını qoydu.

1941 — II DM: Almaniyaya məxsus "Bismark" linkorunun özünün ilk dəniz səfərində ingilislər tərəfindən batırılması nəticəsində 2106 dənizçi həlak oldu.

1905 — Rus-yapon müharibəsi: Tsusima döyüşü başladı.

1927 — "Ford Motor Company" "Model T"-nin istehsalını dayandırdı.

1960 — Türkiyədə hərbi çevriliş: prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırıldılar.

1996 — Birinci çeçen müharibəsi: Boris Yeltsin Kremldə çeçen mücahidlərinin rəhbəri Zəlimxan Yandarbiyevlə atəşkəs müqaviləsi imzaladı.

Xəbər lenti