Bu gün - 7 iyun 1992 -ci ildə Müstəqil Azərbaycan tarixində ilk azad, demokratik və ədalətli prezident seçkiləri keçirilmişdir. Seçkilər nəticəsində Əbülfəz Elçibəy 60,9% səs toplayaraq Müstəqil Azərbaycanın ilk prezidenti oldu.

Əbülfəz Elçibəyin prezidentlik dövründə bir çox qanun layihələri qəbul edildi,  rus qoşunlarının Azərbaycandan çıxarılması prosesi başladı və uğurla başa çatdı. AXC hakimiyyətinin Qarabağ döyüşlərində əldə etdiyi uğurları və ciddi dövlətçilik nailiyyətlərini həzm edə bilməyən Rusiya və İran kimi dövlətlər və Azərbaycan neftini talamağı qarşısına məqsəd qoyan iri neft şirkətləri daxildə olan satqınlarla birləşərək 4 iyun 1993-ci ildə Azərbaycanda silahlı qiyam təşkil edərək demokratik cümhuriyyəti devirdilər.

1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuun Kələki kəndinə olan sürgün həyatına son qoyulduqdan sonra Bakıya dönən Əbülfəz Elçibəy siyasi fəaliyyətini dayandırmayaraq fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirdi.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya Fəxri xiyabanda dəfn edilib. Əbülfəz Elçibəyin dəfn mərasimində yüz minlərlə vətəndaş iştirak etdi. 

ELŞƏN

Xəbər lenti