1550 — İsveç kralı I Qustav (şəkildə) Helsinki şəhərinin əsasını qoydu.

1665 — Yeni Amsterdam şəhəri Nyu-York adlandırıldı.

1830 — Fransa Əlcəzairin müstəmləkə edilməsinə başladı. 37 000 Fransa əsgəri Əlcəzairin Sidi-Ferruş sahilində yerləşdirildi.

1867 — Avstriya-Macarıstan imperiyası yarandı.

1964 — Nelson Mandela Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən ömürlük həbsə məhkum edildi.

1990 — RSFSR-in I Xalq deputatları qurultayı RSFSR-in dövlət müstəqilliyi haqda bəyannaməni qəbul etdi.

2014 — San-Pauluda futbol üzrə dünya çempionatının açılışı oldu.

Xəbər lenti