Elşən Əlisoy


Hər kəsin aşkarda and içmədən də üzərinə götürdüyü andlar var, Vətən borcu və insanlıq borcu var. (Abu Turxan)

Haqq savaşı şərəfli olduğu qədər də ağırdır. Bu daşlı-kəsəkli, yollarda yürümək hər adama nəsib deyil. Mən deyərdim ki, bu adamlar Tanrının yer üzündə xüsusi missiya verdiyi müqəddəslərdir ki, o şəxslər, liderimiz Əbülfəz Elçibəyin də dediyi kimi , xalqın sevgisi ilə Xaliqə qovuşanlardır.

Yaradana üzüağ, alnı açıq qovuşmağın böyük bir bədəlləri var, necə ki, o bədəlləri Peyğəmbərlər və imamlar sevə-sevə ödəyiblər.

TOFİQ YAQUBLU – dəmir adam və haqq yolunun yolçusu!

İnandığı dəyərlər uğrunda bütün həyatını, ailəsini qurban verən bu BÖYÜK KİŞİ bu gün zülmün caynağında Tanrı davası olan haqq davasını İmam Hüseyn (ə) cəsarəti, İmam Musa Kazim(ə) iradəsi ilə aparır.

Harun nə yolla olur-olsun, İmam Musa Kazimin (ə) diqqətini cəlb etmək istəyirdi. Bir gün Yəhya ibn Xalisi zindana Musa ibn Cəfərin (ə) yanına göndərdi ki, İmamı razı salıb ondan bağışlanmasını istəsin.

Amma İmam (ə) razılıq vermədi. İmam Musa Kazim (ə) Haruna yazdı: Burada hər gün mənə çətin keçir, sənsə rifah içindəsən. Cinayətkarların zərərə düşəcəyi günü gözlə ki, ikimiz də o günün şahidi olacağıq…

Tofiq Yaqublunun: “Heç kim məndən aclığı dayandırmağımı xahiş etməsin”, – tələbi, İmamın Haruna verdiyi cavabdır.

Ədalət yer üzündə Allahın tərəzisidir. (Hz. Əbu Bəkr)

Tofiq Yaqublu Allahın yer üzündəki tərəzisinin ağır gözüdür. Bu tərəziyə zalımların bütün mülklərini qoysan Tofiq Yaqublunun iradəsi və imanı qarşısında kiçik olar – çəkisi bilinməz. Tofiq Yaqublunun davası haqqla, batilin savaşıdır. Bu davanın qalibi Tofiq Yaqubludur!

“Təmiz vicdan insan üçün ən yaxşı yastıqdır”,- deyiblər. Haqq davasının yolçuları zindanda olsalar belə, başlarını qoymağa vicdan adlı təmiz yastıqları, sığınmağa Allahları var.

Əbülfəz Elçibəyin dəfni zamanı xalqın möhtəşəm sevgisini görən yazarlarda biri hisslərini təxminən belə ifadə etmişdir: “Gördüyüm o tabut yeganə tabutdur ki, adam onun içində olmaq istəyir”.

Tofiq Yaqublu olmaq istəyənlər çox, o cəsarətin sahibləri azdır. Tofiq Yaqublu hər kəsin, onun kimi sevilmək arzusunda olduğu bir adamdır, zindanda olsa belə..

Azərbaycanın müstəqilliyini qazandıran kişilərdən biri olan Qarabağ qazisi Tofiq Yaqublunun davası bəlkə də bizlər üçün Tanrının sınağıdır. Bu haqqla batil arasında olan bu davada Kufə əhli olmaqdan qorxuram. Allah biz Kufə əhlindən qərar verməsin.

Tofiq Yaqublunun mücahid qızı Nigar Həsinin məhkəmə önündə etdiyi ürək dağlayan çıxışını dinləyəndə sümüklərim sızıldadı, yadıma İmam Hüseynin (ə) qızı Xanım Zeynəbin (ə) Kufəlilərə etdiyi xütbə düşdü:

“Allah-Taala bizi sizin, sizi də bizim vasitəmizlə imtahana çəkdi. Bizim imtahanımızın nəticəsi çox yaxşı oldu – Allah bizə öz lütfünü bağışladı. Allah zülmkarlara lənət etsin. Ey kufəlilər, vay olsun sizə. Allaha and olsun ki, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Allah qəlbinizə, qulaqlarınıza, gözlərinizə möhür vurmuş, şeytan sizin çirkin əməllərinizi gözünüzdə gözəl cilvələndirmiş, gözlərinizə pərdə çəkmişdir. Hidayət yolunu seçə bilmirsiniz”.

Tofiq Yaqublu Allahın cəmiyyətimizə imtahanıdır, ya Küfəlilər olacağıq, ya da 72 şəhiddən biri. Cəmiyyət olaraq qazanacağımı və itirəcəyimiz axirətimiz öz əlimizdədir.

Tofiq Yaqublu ailəsinə dəstək olaq, ən azından yazaq, hayqıraq, nə bacarırıqsa edək, Tofiq bəyi ölməyə qoymayaq! Tofiq bəy ölərsə, həmin gün vicdanımızı dəfn edəcəyik. Tofiq bəyin davasının əsgəri olmasaq, kufəlilər kimi başımıza döyüb, Allahdan özümüzə ölüm arzulayacağıq. Bu isə nə Tofiq Yaqubluya lazımdır, nə də onun ailəsinə!

Xalqıma bu imtahandan üzüağ çıxmağı arzu edirəm.

Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Bölməyə aid digər xəbərlər

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

13 İyun 2016 “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

Xəbər lenti