|
ABŞ-ın müdafiəsi altında olan şiə din xadimi Qasim ət-Tai türk əsgərlərinə qarşı skandal bir fətvaya imza atıb.
Teleqraf.az Avropa.info-ya istinadən xəbər verir ki, xəbər verir ki, Qasim ət-Tai Beşikada yerləşən və Mosul əməliyyatında iştirak etməsi gözlənilən türk əsgərləri ilə bağlı fətva verib.
Əldə olunan məlumata görə şiə din xadimi türk əsgərinə qarşı döyüşməyin vacib olduğunu deyərək tərəfdarları üçün fətva verib.
Suriyadakı müharibədə Türkiyəni və müxalifləri tək qoyan ABŞ hökuməti ikinci həmlə olaraq Türkiyəni Mosul əməliyyatı və daha sonra baş verəcək prosesin kənarında tutmaq üçün hərəkətə keçib.
“Fərat Qalxanı” əməliyyatına dair planların masada olduğu bu günlərdə Ankara iki mühüm qonağı qarşılayıb. Ankaraya ilk gələn qonaq İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani oldu. Bərzani Mosul əməliyyatının davam edəcəyi müddət ərzindən Ankaradan hərbi dəstək tələb edib.
Bərzaninin səfərindən sonra Ankaraya gələn ikinci qonaq isə İraq parlamentinin sabiq rəhbəri və Mosulun ən hörmətli ərəb tayfası lideri Usəmə Nuceyfi olub və onun da tələbləri Bərzaninin tələbləri ilə eyni olub.
Qasim ət-Tainin fətvasından sonra "əl-Haşdi Şəbi" qruplaşmasının sözçüsü Kərim ən-Nuri "əl-Həyat"a verdiyi açıqlamada "Bütün müqavimət qrupları türk ordusu ilə mübarizəyə tam olaraq hazırdır. “əl-Haşd Şəbi”nin Mosul əməliyyatına qoşulmasına qarşı olanlar türk istilası qarşısında nə qədər vətənpərvər olduqlarını göstərməlidirlər".