Qiymətlərin ucuzlaşması dərman preparatlarının keyfiyyətini aşağı salacaq

“Yaxın vaxtlarda daha 1000-ə yaxın dərman vasitəsinin qiyməti endiriləcək.”

Bunu ANS PRESS-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Şahin Nağıyev deyib.Onun sözlərinə görə, birinci mərhələdə Tarif Şurası tərəfindən 1057 dərman preparatının və 25 təsiredici maddənin qiyməti endirilib və bu, 15 sentyabr tarixindən qüvvəyə minib (kombinə olunmuş dərman vasitələri istisnadır) .İlin sonuna qədər isə dövlət qeydiyyatına alınmış və təlabat çox olan 4500 dərman vasitəsinin qiyməti hissə-hissə endiriləcək.

Nazirlik rəsmisi qiyməti endirilən dərmanlar barədə apteklərdə mənfi hallarla üzləşən şəxslərə müraciət edəcəyi ünvanları da göstərib.“Qiyməti endirilən dərmanların siyahısı artıq bir sıra müvafiq qurumların saytlarında, o cümlədən tariff.gov.az saytında yerləşdirilib. Dərmanların qiymətlərində ucuzlaşmanın olmadığını görən, yaxud hansısa suallar qarşısında qalan şəxslər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 yaxud 012-498-15-01 və 012-498-15-04 nömrələri ilə əlaqə saxlayaraq hüquqpozulması halları barədə məlumat verə bilərlər",- deyə Şahin Nağıyev bildirdi.

Ucuzlaşan dərmanların siyahısını "Dərman vasitələrinin qiymətlərinin müqayisəsi" adlı resursdan əldə etmək mümkündür.

Aptek sahibləri də 1057 adda dərman vasitələrinin qiymətlərini endirdiklərini desələr də, alıcılarından bəziləri bu endirimlərin olduğu ilə razılaşır, bəziləri isə heç bir ucuzlaşma olmadığını iddia edirlər.

İqtisadçı ekspert Nicat Hacızadə deyir ki, dərmanların qiymətlərinin ucuzlaşması keyfiyyəti aşağı salacaq.“Bazar iqtisadiyyatından istifadə edib sahibkarlar dərman məhsullarının qiymətini süni formada qaldırırdılar. Bu proses ölkə başçısının tənqidinə qədər davam etdi. Dövlət tərəfindən dərman bazarına nəzarət artırılması rəqabəti azaldır ki, bu da bazarda keyfiyyətisiz dərmanların meydana gəlməsinə səbəb olub. Sahibkarlar əvvəllər Avropa və Amerikadan gətirdikləri preparatlara istədikləri qiyməti qoyurdular. İndi dəyəri dövlət müəyən etdiyi üçün qiymət sisteminə uyğun olsun deyə Hindistan və Pakistan kimi dövlətlərdən ucuz və keyfiyyətsiz vasitələr gətiriləcək ki, bazarda rəqabətə tab gətirə bilsinlər”,- deyə iqtisadçı N. Hacızadə bildirdi.

İqtisadçı deyir ki, Azərbaycan dərman bazarında rəqabət qabiliyyətini azaldan digər bir amil isə istehsalın yox səviyyəsində olmasıdır. “Azərbaycan cəmi 2% preparat istehsal edir. Qalan 98%-i isə xaricdən alır. Ölkəmiz dərman istehsalını artırmalıdır ki, qiymətlər aşağı düşsün. Bunun üçün isə ixtisaslaşmış instutlar yaradılmalı və kadrlar yetişdirilməlidir”,- deyə iqtisadçı əlavə edib.

Dünya təcrübəsinə baxsaq görərik ki, əvvəllər qonşu ölkə Türkiyədə də dərman qiymətləri çox yüksək idi. Lakin 2000-ci ildə qardaş ölkədə icbari sığortanın tətbiqi, gömrük rüsümlarının və vergilərin azaldılması ilə ölkədə dərmanların qiymətləri aşağı düşdü. Ölkənin preparat istehsalına başlaması isə qiymətləri bir az daha endirdi. Həm də burada digər bir məqam odur ki, belə olan halda Türkiyədəki dərman bazarında rəqabət yarandı və nəticədə də keyfiyyət yuxarı qalxdı.

30 iyul 2015ci il tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin "2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları"na həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu.

Azərbaycan Tarif Şurasının 30 iyulda keçirilmiş iclasında isə ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti ucuzlaşdırılmışdı. Qərara əsasən, həmin dərman vasitələrinə tətbiq edilən ucuzlaşma 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə mindi.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti