|
İŞİD komandiri Tarxan Batiraşvili (Əbu Ömər əş-Şişani) ölüb.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Eşton Karter söyləyib. Bununla da ABŞ Şişaninin öldüyünü rəsmən təsdiqləmiş oldu.
Qeyd edək ki, mətbuat bir müddət öncə Şişaninin ölümü ilə bağlı informasiya yaysa da, sonradan Tarxanın ağır yaralandığı və Rakka şəhərində müalicə olunduğu bildirildi.
Ümumiyyətlə isə son 2 ildə Şişaninin 5 dəfə ölüm xəbəri yayılıb.