|
Elşən Əlisoy
“Eheeey karonavirus”, deyə bilən dövlət başçısı axtarıram.
Koronovurus adlı bəla göstərdi ki, Türkiyə də az bir fərqlə aşağı-yuxarı elə Azərbaycanın günündədir. Türkiyədə də koronovirusla bağlı Azərbaycanda olduğu kimi xalqdan maddi yardım istənildi. Həm də oturduğu sarayın aylıq xərcinə milyonlarla lirə xəriclənən bir dövlət başçısının təşəbbüsü ilə.
Ərdoğan ” eheeey Almaniya” deyəndə “Vaxtsız banlayan xoruzun başını kəsərlər” , – kəlamını xatırladıb, “eheeey” demək üçün ən azından yönəltdiyin dövlətin iqtisadi, sosial, siyasi, ümumiyyətlə yaşam imkanlarını hayqırdığın dövlətin imkanlarına çatdırmalısan deyirdik. Vətəndaşına: “Evdə qal, heçnədən narahat olma, dövlətin səni saxlamağa bütün imkanları var”, – deyən bir dövlətə, vətəndaşından maddi yardım istəyən bir hakimiyyətin “eheeee” deməsi sadəcə kütləninin hissləri ilə oynamaq və siyasi riyakarlıqdan başqa bir şey deyil.
Ermənilər işğal etdikləri torpaqlarımızda “seçki” keçirir. Həm də bu “seçki” adlandırdıqları şeyə kifayət qədər vəsait ayırıblar. Vətəndaşlarından pul dilənən, işləyənin maaşını yardım adı ilə kəsən ölkənin başında durandan Qarabağı azad edib, ərazi bütövlüyümüzü təmin etmələrini gözləmək sadəlövlükdən başqa bir şey deyil. Ən azından bu günki durumumuz bunu deyir…
Kimsə yazmışdır ki, karonavirus ən ədalətli xəstəlikdir, varlı-kasıb tanımır. Varlıların qaçmağa yerləri də yoxdur, Allah hamını bir gəmiyə yığıb. Bu dalğalardan isə yalnız sağlam gəmilər xilas olacaqlar
.
“Çürük qoza” bənzəyən siyasi hakimiyyətlər bu böhrandan çıxa bilməyəcək və yeni dünya düzəninin adı “Koronavirus düzəni” adlanacaq. Güclülər qalacaq, zəiflər batacaq. Diktatorlar özləri ilə bərabər xalqı da batıracaqlar.
Türkiyədə və Azərbyacanda, “Eheeey koronavirus, gələcəyin varsa, görəcəyin də var”, -deyib, xalqına, narahat olmayın, dövlətin sizi saxlamağa gücü var, yetər ki, evinizdə qalın” deyə biləcək bir hakimiyyət varmı? Bəlkə var, mən görmürəm?!
Koronavirus adlanan bəla hər kəsə anladacaq ki, sənin cümhuriyyətə ehtiyacın var. Sənin, səni şəxsi çıxarları üçün romantik xəyallara yükləyənlərə yox, səni düşünən, hakimiyyəti sənə xidmət bilən, real imkanları qiymətləndirib, səni ideoloji hədəflərə yönləndirən siyasi xadimlərə ehtiyacın var. Ümid edirəm ki, bu bəladan sonra heçkim diktator istəməyəcək.
Yeri gəlmişkən, Türkiyə ilə Azərbaycan heç vaxt bu günki qədər iki dövlət, bir millət olmamışdır. NECƏ DƏ BİR- BİRİMİZƏ BƏNZƏMƏYƏ BAŞLAMIŞIQ..