Bu gün tanınmış vəkil Aslan İsmayılovla Dövlət Yol Polisinin (DYP) əməkdaşları arasında ciddi insident baş verib.

Bu barədə A.İsmayılov özü məlumat verib. Vəkil bildirib ki, “Azneft” dairəsi yaxınlığında yol polisi onu saxlayıb, mayor rütbəli zabit və bir çavuş tərəfindən təhqirlərə məruz qalıb. Vəkil özünün “Facebook” səhifəsində bu barədə yazır:

“Bu gün avtomobili özüm idarə edirdim. Gün ərzində yol polisinin insanlarla kobud, qeyri-insani rəftarını dəfələrlə gödüm. Bir neçə dəfə müdaxilə etmək istəsəm də, sonra fikrimdən daşındım, sanki nə isə məni saxladı. Təxminən saat 16:00 radələrində Bibiheybət qəsəbəsindən AzNeft dairəsinə yaxınlaşanda yolu bağlayıb xeyli gözlətdilər. Yol açılandan sonra Prezident iqamətgahına tərəf hərəkət edərkən dairədə bir daha yolu bağladılar. Yenidən hərəkət başlayanda, maşınlar hərəkət etsə də yol polisi gözləmədiyim halda yenidən dayan işarəsi verdi. Özü də bu işarə, əl-qol atmaqla, çığırmaqla, sanki qatı cinayətkara verildi. Artıq arxada maşın dayandığından geri hərəkət edə bilməsəm də, yol polisi əl-qol hərəkətləri, çığırmağı ilə sanki düşmən üstünə şığıdı və maşını dairənin ortasında ‎10 YP 501 nömrəli polis maşının yanında saxlamağı əmr etdi. Hərəkəti davam etdirib deyilən yerdə saxladım. Kənarda dayanan mayorun dedikləri və çığırması məni dəhşətə gətirdi. Ona “qoçusanmı?” sorduqda dedi ki, “yox, mən lotuyam” və mənimlə həqiqətən də lotu kimi davrandı. Onun üstümə bağırmağını eşidənlər zənn edərdilər ki, başını kəsirlər. Yenidən üstümə şığıyıb çığıra-çığıra sənədləri təqdim etməyi tələb etdikdə, “bu cür davranan polisə sənəd təqdim etməyəcəm” dedim. Bir müddət mayorun bağırtısını seyr etdim. Bu məqamda təxminən 120 kilo çəkisi olan bir serjant da yaxınlaşıb məni təhqir etməyə başladı və sonda özünün ailəsinə yaraşan söyüşü edib getdi”.

A.İsmayılov yazır ki, təxminən 40 dəqiqə onu saxladaraq, “naryad” çağırıb məni bölməyə aparacaqlarını deyiblər. “Bu müddət ərzində dəfələrlə DYP-nin mətbuat xidmətinin rəhbəri, daim yol polisi işçilərinin mədəniyyətindən dəm vuran Kamran Əliyevə və digər yüksək çinli polis əməkdaşlarına zəng edib yerində hadisəni araşdırmalarını tələb etsəm də, gələn olmadı. Zəng etdiyim şəxslərin davranışından bu mayorun çox çəkiniləcək birisinin adamı olduğuna şübhəm qalmadı. Sonda dəfələrlə məni maşından çıxıb onlarla səmimi söhbətə dəvət etsələr də, çıxmadım. Bir saatdan sonra “rəhbərlik göstəriş verdi ki, ziyalı birisi olduğundan sürücünü xəbərdarlıq edib buraxın” dedilər.
Təxminən bir saat həmin dairədə minlərlə insanın gözü qarşısında təhqir olundum”.

Vəkil deyir ki, bu zaman gözünün önündə ‎DYP maşınının üstünə çıxıb, çəkiclə onu sıradan çıxaran vətəndaş (Şahin Mail oğlu Bəylərov) canlanıb və əvvəllər onu qınadığı üçün peşimançılıq keçirib. “Əminəm ki, son dövrlər polisə qarşı olan zorakılıq hərəkətlərinin tez-tez təkrarlanması polisin özünün davranışı ilə bağlıdır və bu cür davam edərsə ağır nəticələrə gətirəcəyinə şübhə etmirəm. Ən azından bu davranışla, həmin mayorun iştirakı ilə ağır cinayətin baş verəcəyinə şübhə etmirəm, çünki onun davranışı ilə filmlərdə göstərilən ən qatı cinayətkarların hərəkəti arasında heç bir fərq yoxdur”.

Aslan İsmayılov daha sonra ona qarşı kobudluq etmiş DYP mayorunun kimliyindən yazır: “Bu dəqiqələrdə aldığım məlumatlara görə, həmin polis mayorunun adı Mübariz İsmayılovdur. Xidməti DYP maşınının nömrəsinə uyğun ‪‎10 YY 501 nömrə nişanlı ağ rəngli Mercedes G63 AMG idarə edir və xüsusi azğınlığı ilə şəhərdə ad çıxarıb. Əslən Nehrəmlidir, güləşçi olub, tərcümeyi-halını yazmağa qadir deyil. Elə buna görə də 2011-ci ildə digər hüquq-mühafizə orqanları təfərindən həbs də olunub və qısa zamanda azad edilib. Maşını isə uzun müddət cərimə dayanacağında olub. Şübhəm yoxdur ki, onun arxasında ölkədə güc sahibi olan birisi dayanır”.

Vəkil sonda bildirib ki, sabah Baş Prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova Mübariz İsmayılov haqqında tədbir görülməsi üçün rəsmi ƏRİZƏ ilə də müraciət edəcək.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti