«Türkiyədə durum pisdir və daha da pisləşir. Səbəb təkcə törədilən terror hücumları, bu sarıdan təhlükəsizlik əndişəsinin artması deyil. Dövlət borcu sabit qala bilər, ancaq özəl sektorun borcu nəzarətdən çıxır, turizm sektoru çökür, milli valyutanın zəifləməsi hər bir vətəndaşın alıcılıq qabiliyyətinə təsirini göstərir».

 «Newsweek» dərgisində Maykl Rubin yazır ki, geniş mənada prezident Rəcəb Tayyib Ərdoğan nəzarəti itirməkdədir. Opponentlərini həbsə atdırır, qəzetlərə basqın edir, sultanlara, xəlifələrə layiq kimi saraylar tikdirir. Bu yaxınlarda isə Konstitusiya Məhkəməsini buraxmaqla hədələyib.

Ölkədə korrupsiya tüğyan edir. Hətta hakim partiya üzvləri prezidentin paranoyası barədə pıçıldaşmağa başlayıblar. Türkiyə ordusu getdikcə daha artıq anlayır ki, Ərdoğan ölkəni müharibəyə sürükləyir. Kürdlərlə əvvəlcə danışıqları bərpa edir, daha sonra münaqişəni körükləyir... Ərdoğan uzun müddət ordunu diz çökdürməyə çalışıb. İndi ordu Ərdoğanı devirsə və yaxın ətrafını həbsə atdırsa, bu uğuru əldə saxlaya bilərmi?

Müəllifin fikrincə, cavab «hə»dir. Seçki mövsümü yaşayan Obama administrasiyası çevriliş liderlərini çətin ki cəzalandırsın. Özəlliklə də, əgər onlar dərhal demokratiyanın bərpası cığırında yol alacaqlarsa.

«Ərdoğan Misir prezidenti Məhəmməd Mursi kimi rəğbət doğurmayacaq. Mursi devriləndə, hələ də demokratik öhdəlikləri necə yerinə yetirməsi müzakirə olunurdu. Türkiyə lideri barədəsə bunu demək olmaz. Nə respublikaçı, nə də demokrat namizədlər ABŞ-ın nüfuzunun zərbə altında qoyulmasını, status-kvonun bərpasını istəməzlər. Onlar çevrilişə qarşı boş bəyanatlar verər, ancaq yeni rejimlə işləyərlər».

Müəllif yazır ki, çevriliş liderləri həbsdəki jurnalistləri, akademikləri azadlığa buraxmaqla, bağlanmış qəzetləri, televiziya stansiyalarını açmaqla Avropa və Amerikadan insan haqları fəallarının tənqidlərinin də üstünə su səpə bilərlər. Türkiyənin NATO üzvlüyü əngəl yarada bilməz: Türkiyə və Yunanıstan öncəki çevrilişlərdən sonra NATO üzvlüyünü itirmədilər. Yeni rəhbərlik kürdlərlə səmimi işləsə, onlar da yola gələrlər.

«Ərdoğan dostlarının onun tərəfini tutacağına ümid bəsləyə bilər, ancaq dostlarından çoxunu onun gücü cəlb edir. Saraydan çıxarılınca, İraqın keçmiş lideri Səddam Hüseyn kimi tənha qalacaq... Proqnoz vermirəm, ancaq Türkiyədə artan narazılığı, ordunun bundan artığına dözməyəcəyini nəzərə alanda, heç kəs Türkiyənin təlatümlü siyasəti daha da çalxalanarsa, təəccüblənməsin», - nəşrin müəllifi belə yazır. (“Azadlıq Radiosu”)

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti