Türkiyədə sabiq polis rəisi Rza Hacıyevin adının hallandığı azərbaycanlı iş adamı Telman İsmayılova məxsus oteldə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub. 

Teleqraf.az  Musavat-a istinadən xəbər verir ki, Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyev Türkiyənin “Mardan Palace” hotelində baş verən qətli ört-basdır etməyə çalışır. O, buna nail olmaq üçün hər vasitəyə əl atır. Yada salaq ki, sentyabrın 20-də Türkiyədə, Telman İsmayılova (“AST Telman”- E.H) məxsus “Mardan Palace” hotelində qadın meyiti aşkar edilib. Onun bədəni üzərində xəsarət izləri olub. Belə iddialar var idi ki, həmin xanım Antalyada yerləşən məlum hotelə Rza Hacıyevlə birgə gedib. Həmin vaxt tərəflər arasında mübahisə düşüb və sabiq polis rəisi qadını döyərək öldürüb. Bu məlumatlar üzə çıxandan sonra R.Hacıyev deyib ki, o, həmin tarixdə Türkiyədə olmayıb. Bundan sonra isə qətllə bağlı susur. 

İlk məlumat yayılandan və R.Hacıyev həmin məlumata münasibət bildirəndən sonra isə bu ölüm işi ilə bağlı xeyli məlumatlar almışıq: Qətlə yetirilən qadının Bakı sakini, 1990-cı il təvəllüdlü Arzu Qəmbər qızı Zeynalova olması; onun məhz Rza Hacıyevlə Türkiyəyə getməsi; sabiq polis rəisi ilə illər öncədən yaxın münasibətdə olmaları; onun dəfn xərclərinə, Bakıdakı “Qurd qapısı” adlanan ərazidə qəbir yerinin alınmasına Rza Hacıyevin 8 min manat xərcləməsi də bu məlumatlar sırasındadır. 

Lakin R.Hacıyev ölü sükuta üstünlük verir. Sabiq polis rəisi niyə susur? Bu suala cavab axtararkən yeni məlumatlar almışıq. 

Qaynağımız deyib ki, R.Hacıyev bu ölüm işindən yaxa qurtarmaq üçün əlindən gələni edib və edir. O, cinayətin baş verdiyi məkanda - “Mardan Palace”də olmasını təsdiqləyən bütün sübut-dəlilləri ortadan çıxarmağa nail olub. Mənbə deyib ki, R.Hacıyev bu istiqamətdə yollar arayarkən nəqliyyat naziri Ziya Məmmədovla Telman İsmayılovun yaxın münasibətləri yadına düşüb. O, nazirə çıxış axtarsa da, nəticə əldə edə bilməyib. Həmin vaxt Z.Məmmədovun qardaşı oğlu olan poqon yoldaşından da kömək istəyib və onun vasitəsilə “Mardan Palace”də qeydiyyat sənədlərini sildirib. 

Hotelin videonəzarət sisteminin yaddaşına köçürülən görüntüləri də montaj etdirə bilib. R.Hacıyevin susqunluğunun bir səbəbi də ona bu haqda göstəriş verilməsi ilə bağlıdır. Belə ki,  R.Hacıyev mətbuatda ilk açıqlamasından sonra danlanıb. Məsələ bundadır ki, R.Hacıyev bu ölüm işindən yaxa qurtarmaq üçün yüksək çinli məmurun qəbuluna gedib. Ona vəd olunub ki, işi ölkə daxilində araşdırmayacaqlar. Bunun müqabilində susmalı və deyilən qaydada hər kəsi razı salmalıdır.

Aldığımız məlumatları təsdiqləyən açıqlamanı isə  A.Zeynalovanın yaxınlarından biri verib. Adının çəkilməsini istəməyən həmin şəxs deyib: “Arzu dayandığı yerdə ölməyib. Bunu hamı bilir. Rza Hacıyev deyir ki, mən həmin vaxt Türkiyədə, ”Mardan Palace"də olmamışam. Bunu yoxlamaq bu qədər çətindir? Rza Hacıyev deyir ki, mən sentyabrda Türkiyədə olmamışam. “Mardan Palace” sorğulara cavab vermir. Bəs Bakı Hava limanından bu sorğuya cavab almaq da çətindir? Onun ölkəyə giriş -  çıxışına baxsınlar".

Həmin şəxs A.Zeynalovanın yaxınlarının qorxu altında olduqlarını və bu səbəbdən üzə çıxmadıqlarını da bildirib. 

Bir qədər əvvəl A.Zeynalovanın xanım qohumu redaksiyamıza məktub yazaraq bildirmişdi ki, öldürülən xanım Rza Hacıyevin sevgilisi olub. Həmin məktubdan sitat: “Mən hazırda İstanbulda yaşayıram. Arzu Antalyaya getməzdən əvvəl mənimlə telefonla danışdı. Dedi ki, mən Rzayla Antalyaya gedəcəyəm. Arzunu o adam öldürüb. Bunu mən bilirəm. Onlar bərabər idilər. Mən ”Mardan Palace" hotelindən də məlumat alacağam. O adamın oraya nə vaxt giriş-çıxış elədiyini isbatlamağın qarşısı alınır, hər şeyi gizləyirlər. Amma mən bu ölümün gizlinlərinin ortaya çıxmasını istəyirəm". 

Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq, təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar. 

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi.  Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi. 

Sonda onu da bildirək ki, redaksiyamıza daxil olan məlumata görə, R.Hacıyevi Türkiyədə, “Mardan Palace” hotelində 24 yaşlı Arzu Zeynalovanı öldürməsi haqda yayılan məlumatlarla bağlı dindiriblər. Hələlik şahid qismində dindirilən sabiq rəisin istintaqa cəlb olunma ehtimalının böyük olduğu da iddia olunur. Həmin vaxt Baş Prokurorluğun mətbuat xidmətindən R.Hacıyevin iş üzrə dindirilməsi xəbərini təkzib etməmişdilər. 

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti