'Hamı bağışlamağı bacarmalıdır' - Amnistiya layihəsi parlament tərəfindən qəbul olundu.

Milli Məclisin xüsusi plenar iclasında amnistiya aktı layihəsinin müzakirələrinə başlanılıb. Amnistiya aktı layihəsinin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva iclasda çıxışı zamanı bildirib ki, bu amnsitiya aktına düşən məhkumlar bundan sonra öz məsuliyyətlərini dərk edəcəklər və eyni zamanda bir daha belə səhvə yol verməyəcəklər: “ Onlar azadlığa çıxandan sonra hər birimizin borcudur ki, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edək. Mərhəmət təkcə çətinliyə düşmüş insana yardım etmək deyil, həm də məsuliyyətli qərar qəbul etməkdir”.

Amnistiya aktı barədə danışan birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, 1995- ci ildən bu günə kimi ölkədə 61 əfv sərəncamı, 10 amnistiya aktı qəbul olunub: “ Bu günə kimi Heydər Əliyev Fondu tərəfindən üç dəfə amnistiya aktı layihəsi ilə təşəbbüsü ilə çıxış edib və bu dördüncü amnistiya aktı layihəsidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu sədri Əli Hüseynli isə bildirib ki, əgər sonuncu amnistiya aktına əsasən 2000 -ə yaxın insan tam azadlığa buraxılırdısa, bu dəfə isə onların sayı 3000-ə çatacaq: “ Bütövlükdə isə bu akt 10 min məhkuma şamil ediləcək”.

Milli Məclisin bu gün keçirilən xüsusi iclasında amnistiya layihəsi ətrafında millət vəkillərinin çıxışlarına başlanılıb.  xəbər verir ki, çıxış edən millət vəkili  Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Qarabağ danışıqlarında, münaqişənin  diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq, proresə öz töhfələrini verəcək.

Millət vəkili Zahid Oruc qeyd edib ki, amnistiya aktının müəllifi hörmətli Mehriban Əliyeva artıq ölkə prezidentin siyasətini tamamlayan bir fəaliyyətin iştirakçısına çevrilib: “ Bu, həm də bir xanım tərəfindən edilən təşəbbüsdür. Bu qərarın əhatə dairəsindən hamıya pay düşür. Hamı bağışlamağı bacarmalıdır. Siyasi partiyalar da, biz millət vəkilləri də bağışlamağı bacarmalıyıq”.

Deputati Rafael Cəbrayılov isə amnistiya aktı ətrafında diletant fikirlərin səsləndirilməsinə narazılığını bildirib: “Bəziləri  elə fikir səsləndirir ki, akt hamıya şamil olunmalıdır, amma bu, belə deyil. Bura xüsusi təhlükəli cinayətə yol vermiş məhkumlar salına bilməz”.

Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda bu günə 24 min məhkum var: “Bu kifayət qədər Azərbaycan üçün böyük rəqəm idi. Elə Mehriban xanımın da təşəbbüsü yerinə düşdü və olduqca dəyərlidir”.

MM üzvü Siyavuş Novruzov çıxışında keçmiş iqtidarın ünvanına söz atıb: “O zaman ən təhlükəli cinayətkarları azadlığa buraxmışdılar. Adını da qoymuşdular ki, guya gedib Qarabağada cəbhədə döyüşəcəklər. Amma belə olmadı, böyük əksəriyyəti yenidən cinayətə yol verdilər. Ancaq ümummilli liderin dövründən bu günə kimi verilən əfv və ya amnistiya aktları cəmiyyət üçün təhlükəli olmayan,  öz əməllərindən peşman olan  məhkumlara həvalə olunur”

Parlament üzvü Qənirə Paşayeva vurğulayıb ki, amnistiya aktı ilə bağlı çıxanların statistikası göstərir ki, onlar əməllərindən peşman olublar və bir daha xətaya yol vermirlər: “ Onlar onlara verilən mesajları düzgün dərk ediblər və çox yaxşı haldır  ki, yenidən cinayət əməllərinə yol verməyiblər.  Yeniyetmələrin həbsxanada uzun müddət qalması yaxşı nəticə verməzdi. Bu dəfə ki amnistiya aktında onlara da şans verilir. Yəni, onların böyük əksəriyyəti amnistiya aktının dairəsinə düşəcəklər. İnanırıq ki, aksiya müsbət töhfələrini yenə də cəmiyyətə verəcək”.

Müzakirələr yekunlaşıb və qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti