|
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Teleqraf.az AzərTAc-a istinadən xəbər verir ki, fərmanda əsasnamənin 9.34-1-ci bəndi ləğv edildiyi qeyd olunur.
Lent.az-ın məlumatına görə, 9.34-cü bənd Nəqliyyat Nazirliyinin öz səlahiyyətləri daxilində avtomobil, dəmir yolu vağzallarında,yollarda, nəqliyyatın bütün növlərində qanunvericiliklə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə nəzarət etməsini əks etdirirdi.