Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu partiya rəhbərliyinin cəza tədbirləri ilə əlaqədar praktiki olaraq hansı addımların atılacağından danışıb. 

Q.İbadoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İşçi qrupla bağlı müzakirələr davam edir: “Hələlik yekun qərar yoxdur. Fraksiyanın yaradılması müzakirə edilir. İşçi Qrupun növbəti iclası noyabrın 22-də keçiriləcək”.

Q.İbadoğlu Hikmət Hacızadənin partiyadan istefasına münasibət bildirib: “Müsavatın ən dözümlü, emosional, sadə və rasional üzvü, 60 illik şərəfli ömrünün təntənəsi hələ də davam edən, ömrünün yarısından çoxunu demokratiya, azad və müxtəlif fikirlilik uğrunda mübarizəyə sərf edən, böyük və pozitiv şəxsiyyət Hikmət Hacızadə də partiyamızla zarafatla deyil, ciddi şəkildə vidalaşdı. 

Hikmət bəy Müsavatda başlayan represiyaları dayandırmağa cəhd etsə də özü onun ən böyük qurbanı oldu. İtirən Müsavat oldu. Bu çox ağır itkidir. Hələ zaman-zaman bu itkinin ağrısını yaşayanda onun miqyasını dərk edəcəyik və onda Hikmət bəyin yerini də görəcəyik. Hikmət bəy çox nadir şəxsiyyətdir, xoşbəxtlikdən də o Müsavatın payına düşmüşdü. Müsavatı onsuz təsəvvür etmək bizlərə və sayı on minlərlə olan fədəkar və sədaqətli Müsavatçılara çətin olsa da əminik ki, o harda olmasından asılı olmayaraq demokratiya, Azərbaycan amalı uğrunda mübarizəsini davam etdirəcək.

Hikmət bəyin partiyada daxilində başladığı mübarizənin əhəmiyyətini başa düşən və dəyərini verən müsavatçılar onun partiyadakı xəttini davam etdirəcək, tezliklə partiyamızda ədalət bərpa olunacaq, represiyalara son qoyulacaq. Heç kim dediyi sözə, ifadə etdiyi fikrə görə cəzalanmayacaq. Yetər bəylər və xanımlar, nəticə çıxarın, sonra gec olacaq, ən azı növbəti dəyərlərimizi itirməmək üçün qisasçılıq və intiqam hissindən kənar soyuq başla qərarlar verin və elə mühit yaradın ki, partiya əvvəlki axarı ilə yoluna davam etsin. Unutmayın ki. bu yol yalnız partiyadaxili demokratiyadan, birlik və həmrəylikdən keçir”.

Teleqraf.az

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti