"Amma sədrlikdən getsin və cəbhəçilər rahatlıq tapsın, biz qurultayımızı keçirək" 

Bir müddət əvvəl AXCP-dən istefa verən Razi Nurullayevin yaratmağa çalışdığı AXCP-nin sentyabrın 5-də Nərimanov rayon təşkilatının təsis konfransı keçirilib. Musavat.com xəbər verir ki, konfransda Razi Nurullayev özü də iştirak edib. Tədbirdə yüzə yaxın şəxs iştirak edib. Dövlət himni ilə başlayan tədbirdə AXCP-nin Etimad Qurultayının sədri Razi Nurullayev geniş çıxış edib. 

“Bu gün verəcəyim mesajları tezis şəklində çatdırmaq istəyirəm. Azərbaycan siyasətində artiq 90-ci illərin əvvəllərindən bu günə qədər siyasətçilərin uğursuzluğu davam edir. Uğursuz siyasətçilər vətəndaşlara seçkidən-seçkiyə xitab edir və növbəti uğursuzluqlarına imza atırlar. Əgər bir siyasətçi uğursuzdursa,  apardığı siyasətin nəticəsi yoxdursa, o siyasətçi özündə güc tapıb istefaya getməlidir. Mən bir müddət əvvəl AXCP-dən istefa verdim, buna məcbur edildim. Bu müddət ərzində oradan qovulmuş, getməyə vadar edilmiş cəbhəçilərlə, keçmiş hərəkatçılarla  söhbət apardım və belə bir nəticəyə gəldik ki, yeni bir partiya yaratmaq lazım deyil. Nəticəsiz olacaq. Ona görədə mövcud partiyalara resurs qomaq və onları dirçəltmək lazımdır. Bu gün Əli Kərimlinin rəhbərlik etdiyi AXCP var və bir də mənim etimad qurultayının sədri olduğum AXCP. Bu gün artıq AXCP ikidir. Amma hər birimizin qəlbində bu, birdir. Biz AXCP-ni parçalamaq istəmədik və buna görə Ədliyyə Nazirliyinə müraciət etdik. Biz mənəvi müstəvidə fəaliyyət göstəririk. Əgər 20 il Azərbaycan siyasətində nəticə olmayıbsa, bu uğursuz siyasətə görə müxalifət hesabat verməlidir”,- deyə R.Nurullayev qeyd edib. 

Onun sözlərinə görə, bu gün YAP hakimiyyəti vetmək istəmirsə, Konstitusiyanı dəyişirsə, əbədi hakimiyətdə qalmaq istəyirlərsə, demək onlar seçkini saxtalaşdıracaqlar: “Azərbaycanda indiki şəraitdə seçkinin azad və ədalətli keçiriləcəyi inandırıcı görünmür. Uğursu siyasətçi varsa, demək uğursuzluq da var, müxalifət haradasa səhvlər buraxıb. Biz  demirik onlar siyasətdən silinib getsin, Əli Kərimli pisdir demirəm. Bəlkə də Əli Kərimli ən yaxşı insandır, yeyib-içən oğlandır. Amma bu, bizim fərdi və şəxsi həyatımızda ola bilər. Siyasətçi kimi uğursuz siyasətçidir. Apardğı siyasət də uğurlu olmayıb, olsaydı, AXCP parçalanmaya məruz qalmazdı. Əgər Əli Kərimli uğurlu siyasətçidirsə, niyə cəbhəçilər uğursuz həyat yaşamalı olurlar, ac-yalavac gəzirlər? Necə ola bilir birinçilər normal yaşasın, amma ətrafdakıların başını mifologiya ilə doldursun? Neçə il buna dözmək olar?”.

R.Nurullayev konfransda Əli Kərimliyə də səslənib: “Əli kərimLiyə səslənirəm. Demir biz satılmışıq? Hakimiyyət müxalifətin parçalanmasını istəyir, birləşməsini deyil. Bu, faktdır. Elə isə biz birləşək, ümumi qurultay olsun, biz də özümüzü buraxırıq. Əli Kərimli də sədrliyə namizədliyini verməsin. Əli Kərimli getsin özünü lider, imperator elan etsin, getsin kral olsun. Amma AXCP sədrliyindən getsin, cəbhəçilər  rahatlıq tapsın, biz qurultayımızı keçirək. Kim qalib gələcəksə, o da partiyanın sədri olsun. Normal sədr olsun”.

Daha sonra seçki keçirilib. AXCP Etimad Qurultayının sədri Şirvani Qasımov seçilib. 

Ali Məclis üzvü Mikayıl Quliyev seçilib. Məclisin katibi Ələkbər Səfərov olub. 

Musavat.com

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti