|
İnsan Haqqları Araşdırmaları mərkəzinin direktoru, Politoloq Vasif Əvəndi Teleqraf.az-a Müsavat Partiyasında qurultay qabağı baş verən proseslər barədə danışıb. Vasif Əfəndi Müsavat Başqanı İsa Qəmbərin Arif Hacılının başqan olmaq imkanlarını daraltmağa çalışdığını bildirərək bunları dedi:
“Isa Qəmbər Arif Hacılının qarşısını almaq üçün açıq hücuma keçdi və 36 partiya funksionerinə bəyanat imzaladaraq Qubad İbadoğlunu dəstəklədi.İsa Qəmbər müşavirləri və müavinlərinə göstəriş verərək qurultay nümayəndələrinin Qubad İbadoğluna səs verməsindən ötrü bütün imkanlardan istifadə etlməsini istəyib.İsa Qəmbərin nümayəndələri aktiv surətdə qurultay nümayəndələri ilə təmasa keçərək başqanın istəyini onlara çatdırıb.Cidanı çuvalda gizlətmək mümkün deyil.İsa Qəmbər başlanğıcda özünü bitərəf kimi göstərməyə çalışsa da Arif Hacılının seçilmə şansının daha yüksək olduğunu görərək özü işə qarışmalı oldu.Qurultay öncəsi İsa Qəmbər tərəfdarları tərəfindən təhrik olunan bir neçə nümayəndənin bəyanatları səslənsə heç də təəccüblənmərəm.Onu da qeyd edim ki, Tural Abbaslı Və Səxavət Əliyevin tərəfdarları da İsa bəyin göstərişinə əsasən Qubad İbadoğluna səs verəcəklər.