“Qarabağ ABŞ-ın bu konflikti razılaşdırılmasında iştirak edən Rusiya, Azərbaycan və Ermənistana təsir vasitəsidir”.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O, Qərbin Azərbaycanı provokasiyaya çəkməyə çalışdığını bildirib:
“Azərbaycanı burada ilk pilləyə qoyuram. Çünki ilk növbədə Azərbaycan Qərb tərəfindən hər hansı provokasiyaya çəkilə bilər. Bu isə Cənubi Qafqaz və Xəzərdə partlayışa səbəb olar. Bakının əsas problemi ondan ibarətdir ki, lap əvvəldən Vaşinqtonun Qarabağı özünün qanuni sahibinə qaytarmaq niyyətinin səmimiyyətinə inanır. Azərbaycan ABŞ-a səmimiyyətlə yanaşır ki, bu da region üçün böyük təhlükədir. Belə ki, Qərb hələ indiyə qədər SSRİ-dən müxtəlif variantlarla ayrılmış parçaları heç vaxt birləşdirməyib. Qərbin təfəkkürünə görə, Qarabağ üçün gələcəkdə ən inandırıcı həll amili Kosova variantıdır. Qarabağın gələcəyi ilə bağlı heç vaxt müzakirə edilməyən başqa variantlar da müzakirəyə çıxarıla bilər və mən bunlar barədə məlumat verməyə bilmərəm. Məsələn, bunlardan biri bölgənin azərbaycanlılar və ermənilərdən ibarət iki hissəyə parçalanmasıdır. Amma istənilən halda Bakı və İrəvan özləri məsələni təkbaşına müzakirə etməyənə qədər Qarabağ həll olunmayacaq. Donbasa nəzər yetirin. Moskva və Kiyev hətta bütün arzularına baxmayaraq, sülhə getməyəcəklər. Çünki Avropa və ABŞ artıq buna imkan verməyəcək”.