|
“30 il əvvəl bu terror aktını Sovetlərə, yoxsa Azərbaycana qarşımı etmişdilər?”
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə iqtisadçı İlham Şaban öz Feysbuk səhifəsində çıxış edib.
O, 30 il əvvəl olan bu terror aktının sonradan qaz sızması deyilərək qapadıldığını bildirib:
“21 dekabr 1984-cü il günorta vaxtı Şərifzadə küçəsində, indiki “Centlemen” mağazasının yerində o zaman yerləşən boyük ərzaq mağazası partladıldı. Çoxlu sayda insan həlak olmuşdu. O zaman Sovet İttifaqında belə şeylər haqda məlumat vermək qəti qadağan idi. Ancaq bizim hərbidə olan qohumlarımızın bildirdiklərinə görə, vakkum tipli bombadan istifadə edilmişdi. Bu bombanın xüsusiyyəti ondan ibarətdir ki, partlayış zamanı zərbə dalğası yayılmır, əksinə, bombanın episentrinə - mərkəzinə doğru çəkilir. Bu baxımdan 3-cü mərtəbədən həmin binanın zirzəmisinə qədər mənzillər uçmuşdu, o binaya paralel binanın evlərinin bütün şüşələri isə küçəyə tökülmüşdü. Mən institutdan evə gəldim, gözlərimə inanmadım: yataq otağındakı kiçik pəncərəni (açılan) elə bil kimsə qoparıb yatağın üstünə atmışdı. Təbii, bunu qazla əlaqələndirib məsələni beləcə bağladılar. Ancaq 30 il əvvəl bu terror aktını Sovetlərə, yoxsa Azərbaycana qarşımı etmişdilər? Biz yeni tariximizlə məşğul olmuruq”.