|
Su-24 bombardmançısının vurulmasından sonra Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon söhbətinin bəzi məqamları ortaya çıxıb.
Axar.az xəbər verir ki, Çavuşoğlu söhbət zamanı Lavrova Su-24 təyyarəsinin Türkiyə sərhədlərini pozduğu üçün vurulduğunu təkrarlayıb. Lakin Lavrov özünü eşitməzliyə vurub və “niyə vurdunuz?” - deyə təkid edib.
Çavuşoğlu: Siz 1983-cü ildə Cənubi Koreyanın sərnişin təyyarəsini Kamçatkada niyə vurdunuz?
Lavrov: Kamçatkanı unudun və Yunanıstandan nümunə verin. Egey dənizi üzərində hər gün Türkiyə-Yunanıstan qırıcıları üz-üzə gəlir, bəs niyə onları vurmursunuz?
Çavuşoğlu: Çünki iki ölkə arasında dialoq kanalları açıqdır. Biz Afina ilə davamlı olaraq görüşürük.
Lavrov: Lakin o dialoqu bizə qarşı istifadə etmədiniz.
Çavuşoğlu: Biz sizə dəfələrlə xəbərdarlıq etdik...
Çavuşoğlu söhbətin sonunda Suriyada İŞİD-ə qarşı birlikdə əməliyyatlar aparmağı təklif etsə də, Lavrov bunu müsbət qarşılamayıb.