|
Məşhur türk müğənnisi Cansever qardaş ölkə Azərbaycanda aprelin 2-nə keçən gecə cəbhə bölgəsində şəhid olan 12 əsgərlərimizlə bağlı başsağlığı verib.
Teleqraf.az-in məlumatına görə, ifaçı şəxsi İnstaqram səhifəsində kədərini bölüşüb. Bu xəbəri eşitdikdə çox pis olduğunu qeyd edən ifaçı xalqımızın qara gününə yandığını deyib:
“Qardaş ölkəmiz Azərbaycan şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir diləyirəm.”
Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən şiddətli döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid verdik.