|
Milli Şura kütləvi aksiyalar keçirilməsi ilə bağlı müzakirələrə başlayır.
Teleqraf.az xəbər verir ki, bu haqda AXCP sədri Əli Kərimli məlumat verərərək, Konstitusiyanı müdafiə etmək üçün hüquqi yolların tükəndiyini bildirib.
“Konstitusiya Məhkəməsi də bizi təəccübləndirmədi. Konstitusiyanın mətninə və ruhuna zidd konstitusiya dəyişikliyinə müsbət rəy verdi. Konstitusiya Məhkəməsinə müraciət etmişdim ki, maraqlı tərəf kimi bizim də müzakirələrdə iştirakımıza şərait yaradılsın. Qanunvericilik bizə bu hüququ verir. Konstitusiya Məhkəməsi də hüququmuzu pozdu, biz müzakirələrdə iştirak edə bilmədik. Növbəti dəfə sübut olundu ki, bu ölkədə heç bir müstəqil məhkəmə hakimiyyəti yoxdur. Konstitusiya Məhkəməsi də siyasi sifariş yerinə yetirdi, anti-konstitusiya dəyişikliklərinə yaşıl işıq yandırdı. Konstitusiyanı müdafiə etmək üçün hüquqi yollar tükəndi. Artıq bu ölkədə hüququ, respublika prinsiplərini bərpa etməyin tək bir yolu qaldı: hüquqlarımız uğrunda yeni və kütləvi Xalq Hərəkatı! AXCP və Milli Şura olaraq kütləvi, dinc mitinqlərin təşkilinin müzakirəsinə başlayırıq!”
Elşən Əlisoy