Quba rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 2000-ci il təvəllüdlü Kərimova Nərmin Fəzail qızı dərman zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilib. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.Kərimova həkimlərin səyi nəticəsində xilas edilib. Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti