Almaniya Türkiyədən çıxardığı “Patriot” hava hücumundan müdafiə sisteminin yerinə MEADS (orta mənzili genişləndirilmiş hava müdafiə sistemi) batareyalarını yerləşdirə bilər.

Axar.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir ki, Almaniyanın Müdafiə naziri Ursula Leyen bu gün Ankaraya səfər edəcək və bu məsələ müzakirə olunacaq.

Qeyd edək ki, MEADS hava hücumundan müdafiə sistemləri ABŞ, İtaliya və Almaniyanın birgə layihəsidir. Gələcəkdə “Patriot”ların yerini alması gözlənilir. Sistem 1000 km uzaqlıqdan hücumlara qarşı hərəkətə keçə bilir. MEADS eyni anda iki fərqli hədəfi təsirsiz hala gətirmək qabiliyyətinə malikdir.

 

Xəbər lenti