Təbriz universitetində "Qarabağ islam topraği" adinda elmi praktiki konfrans keçirilib.

Teleqraf.az xəbər verir ki, konfransı giriş sozu ilə Təbriz universitetinin rektoru prof. Pormohəmmədi açdi. Tədbirin məqsədi ilə  bağli fikirlərini dedi və ondan sonra Azarbaycandan gələn və Təbriz universitetinin muəllimlərindən və Təbrizdə yaşayan digər numayəndələrdən bir necəsi prof. Məhəmmədəli Motəfəkkirazad, dr. Rəhim Nikbaxt, Qarabağ Azadliq Təskilatinin (QAT) sədri Akif Nagi, ehtiyatda olan general kabiri, Azərbaycannan gəlan millət vəkili Tahir Kərimli, ədalət partiyasinin sədri İlyas İsmayılov, dr. kəffas Aran arasdirma mərkəzinin rəhbari, Moxtar Sədrmohəmmədi, Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli, dr. Rohollah Motəfəkkirazad, Mehdi Nəlbəndi qafqaz bölgəsinə aid məsələlərinin ekspert, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev ve diğərləri çixiş etdilər.

Bu konfransda Qarabağ məsələsinən bağli Azərbaycan və Iran arasinda əlaqələrin vacibliyi vurğulandi.

Konfransla baglı geniş məlumat sonra veriləcək.

Bakidan gələn numayəndə heyəti həmçinin Təbrizdə Azərbaycan muzeyində, Qacarlar muzeyində və digər yerlərdə oldular.

Xəbər lenti