KXCP  Rəqəmsal yayım sisteminə keçidlə bağlı yaradılmış süni problemlərə etiraz  edir.

07 noyabr   2016-cı ildə,  Klassik Xalq Cəbhəsi Partiyasının  İdarə Heyətinin  yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunmuş,   müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında,  11 noyabr 2016-cı il saat 17:30-da Bakı, Sumqayıt  və Ərazisi işğal olunmuş rayon – şəhər  şöbə sədrlərinin müşavirəsinin keçirilməsi qərara alınmışdır.

Yığıncaqda Milli Dirçəliş gününün   28-ci ildönümü ilə bağlı  17 noyabr 2016-cı il,  saat 13:00-da  Milli Azadlıq Hərəkatının Lideri Əbülfəz Elçibəyi ziyarət, daha  sonra Partiyanın Mənzil Qərargahında tədbir keçirilməsi haqda qərar qəbul edilmişdir.

İdarə Heyətinin  toplantısında hər dəfə   yağışlardan sonra  Binəqədi rayonu – Kənd Binəqədi deyilən ərazidə, magistral yolda yaranmış acınacaqlı vəziyyəti aradan qaldırılmasına cavabdeh qurumların heç bir iş görməməsi  vurğulandı. KXCP cavabdeh qurumlardan  yaranmış acınacaqlı vəziyyəti  aradan qaldırılması ilə bağlı təcili  tədbirlər  görməsini tələb edir.

İdarə Heyətinin yığıncağında  əhaliyə verilən qazın təzyiqinin  aşağı olması və  tez – tez kəsilməsi,  qazın  tərkibinin müvafiq normalara uyğun olmadığına görə istiliyin zəif olması vurğulandı. KXCP  Azərbaycan hakimiyyətindən soyuq payız günlərində əhalimizi soyuqla   imtahana çəkməməyə çağırır.  Müvafiq qurumlardan ölkə əhalisini  normal  qazla təmin etməsini tələb edir.

Yığıncaqda  Azərbaycan teleməkanının analoq yayım sisteminin ləğv edilərək, rəqəmsal  yayım sisteminə keçidlə bağlı yarıtmaz idarəçilik, pis təşkilatçılıq və tamahkarlıq məqsədiylə yaradılmış süni maneələri  müzakirə etmiş və pisləmişdir. KXCP hakimiyyət orqanlarından məqsədyönlü şəkildə  yaratdıqları problemlərə son qoymağı tələb edir.

 

Xəbər lenti