Rusiya Avropadakı tərəfdaşları ilə ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının neqativ nəticələrini minimallaşdırmağa çalışacaq.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya çalışacaq ki, həmin razılaşma bundan sonra öz həyati qabiliyyətini qoruya bilsin.

Qeyd edək ki, ABŞ bundan öncə İranla nüvə razılaşmasından çıxıb. Vaşinqton bu addımına əsas səbəb kimi Tehranın öz öhdəliklərinə əməl etməməsini göstərib.

Xəbər lenti