Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsi general-leytenant Movses Akopyana həvalə olunub.

Movses Akopyan 1965-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, indiki Xocavənd rayonunda anadan olub. Almatı Ümumqoşun Komanda Məktəbini bitirib.

1988-ci ildən SSRİ Silahlı Qüvvələrinin Xankəndidəki 366-cı alayında, 1992-ci ildən Dağlıq Qarabağ separatçılarının ordusunda qulluq edib. Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin iştirakçısıdır. 2007-ci ildən işğalçı rejimin “müdafiə naziri” olub. 2015-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin mavini postunu tutub. 20 may 2016-cı ildən müdafiə nazirinin müavini idi.

Oktyabrın 3-də Ermənistana yeni müdafiə naziri təyin edilib: Vigen Sərkisyan. 41 yaşlı Vigen Sərkisyan bu təyinata qədər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışırdı.

2008-ci ildən müdafiə naziri Seyran Ohanyan idi. O, Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu il avqustun 2-dən “DQR”in “müdafiə naziri” olub. 2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi postunu tutub.

Xəbər lenti