“Biz Abxaziyadan keçən dəmiryolunun açılışı ilə bağlı heç bir danışıq aparmayacağıq”.

  Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki,nümayəndəsi Zurab Abaşidze çıxış edib.

 O, Praqadakı danışıqların formatının fərqli olduğunu deyib:

 “Bu dəmiryolunun açılışı ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, hazırda belə bir məsələ gündəmdə deyil”.

 Abaşidze Lavrovun 2011-ci ildə imzalanmış Rusiya-Gürcüstan müqaviləsinin işğal olunmuş torpaqlara aid edilməməsiylə bağlı fikrinə şərh bildirməyib.

 Qeyd edək ki, bir müddət öncə Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılışı ilə bağlı informasiya yayılmışdı. Həm Bakı, həm də Tiflis üçün heç bir əhəmiyyətə malik olmayan bu dəmiryolu Putin tərəfindən keçən il təklif edilmişdi. 

 

Xəbər lenti